Sizin Reklam Burada
Xəbər lenti
14-11-2024
13-11-2024
BÜTÜN XƏBƏRLƏR

Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı işıq üzü görüb

Tarix: 14-11-2024 19:14     Baxış: 231 A- / A+
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun Füzuli kitabxanası seriyasından polyak şərqşünası Stanislava Plyaskovitska-Rımkeviçin (1914-1989) “Məhəmməd Süleyman oğlu Füzuli” (Həyat və yaradıcılığının tədqiqi) kitabı işıq üzü görüb.
Qeyd edək ki, kitab müəllif tərəfindən polyak dilində 1973-cü ildə yazılıb. Əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 15 yanvar 2024-cü il tarixli 1 saylı qərarı ilə nəşr edilib. İlk dəfə Azərbaycan dilində oxuculara təqdim olunan monoqrafiyanın elmi məsləhətçisi və “Polyak şərqşünaslığının Füzuli səhifəsi” adlı Ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

Kitabı polyak dilindən tərcümə edən, polyak dilində mətnin elmi redaktoru, “Füzuli Polyak türkologiyasında” giriş sözünün müəllifi Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Azərbaycan dilində mətnin elmi redaktoru, “Stanislava Plyaskovitska-Rımkeviç və onun “Məhəmməd Süleyman oğlu Füzuli” monoqrafiyası” giriş sözünün müəllifi Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

228 səhifəlik kitabda Məhəmməd Füzulinin dövrü, mühiti, ədəbi şəxsiyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur.

Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
 İctimaiyyətlə əlaqələr şöbəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar