Xəbər lenti
Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı işıq üzü görüb

Qeyd edək ki, kitab müəllif tərəfindən polyak dilində 1973-cü ildə yazılıb. Əsər Ədəbiyyat İnstitutunun Elmi Şurasının 15 yanvar 2024-cü il tarixli 1 saylı qərarı ilə nəşr edilib. İlk dəfə Azərbaycan dilində oxuculara təqdim olunan monoqrafiyanın elmi məsləhətçisi və “Polyak şərqşünaslığının Füzuli səhifəsi” adlı Ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.
Kitabı polyak dilindən tərcümə edən, polyak dilində mətnin elmi redaktoru, “Füzuli Polyak türkologiyasında” giriş sözünün müəllifi Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Azərbaycan dilində mətnin elmi redaktoru, “Stanislava Plyaskovitska-Rımkeviç və onun “Məhəmməd Süleyman oğlu Füzuli” monoqrafiyası” giriş sözünün müəllifi Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
228 səhifəlik kitabda Məhəmməd Füzulinin dövrü, mühiti, ədəbi şəxsiyyəti, yaradıcılığı haqqında ətraflı məlumat verilir, şairin “Bəngü-Badə” poemasının polyak dilində tərcüməsi təqdim olunur.
Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar