Sizin Reklam Burada
Xəbər lenti
14-11-2024
13-11-2024
BÜTÜN XƏBƏRLƏR

İllərlə müzakirəsi aparılan önəmli məsələ COP29-da həllini tapdı - VİDEO

Tarix: 15-11-2024 09:40     Baxış: 326 A- / A+
İllərlə müzakirəsi aparılan önəmli məsələ COP29-da həllini tapdı (VİDEO)
Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un dördüncü günü haqqında reportaj hazırlayıb.

Bildirilib ki, 14 noyabr tarixində Azərbaycanın dörd dövlət qurumu müxtəlif müzakirələrdə iştirak edib. Bununla yanaşı, dünyanın tanınmış elmi mərkəzləri yeni təkliflərlə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməyə çalışıblar.

Qeyd edilib ki, qlobal maliyyə sisteminin iqlim dəyişikliyi ilə mübarizədə özəl sektora təsiri müzakirə edilib. Burada əsas məqsəd inkişaf etməkdə olan ölkələrin biznes dairələrini iqlimi qorumaq üçün səfərbər etməkdir.

Ötən üç gün ərzində COP29-da aparılan müzakirələrin bir hissəsi ilə bağlı artıq yekun qərarlar da verilib. Bunlardan biri İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün ev sahibi ölkə ilə bağlı Sazişin imzalanması, Fonda icraçı direktorun təyin edilməsi və İsveç tərəfindən 19 milyon dollar həcmində vəsaitin ayrılması olub.

Əldə edilən razılaşmalar barədə "COP-BAKU"ya danışan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev 10 ildir müzakirəsi aparılan önəmli bir məsələnin də artıq həll edildiyini vurğulayıb.

"Dünya karbon ticarəti bazarlarında standartların tətbiqi ilə bağlı verilən qərar COP29 üçün olduqca vacib idi. Çünki COP-un başlanğıcında belə bir qərarın verilməsi praktikası yoxdur. Adətən sonda bu qərarlar verilir. İlk gündən sözügedən addımın atılması bizim tərəfimizdən ilin əvvəlindən etibarən aparılan işin nəticəsi idi", - deyə Yalçın Rəfiyev qeyd edib.

COP29-un baş danışıqçısı iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi ilə bağlı da vacib razılığa gəlindiyinə diqqət çəkib.

"Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Çoxtərəfli İnkişaf Bankının ümumi töhfəsi elan olunub ki, onlar növbəti beş il ərzində iqlim fəaliyyətinə 170 milyard ABŞ dolları vəsait ayıracaqlar. Əvvəlki rəqəm 75 milyard idi. Bu qədər artım ev sahibi olan ölkəmizə göstərilən hörmətin nəticəsidir".




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar