Sizin Reklam Burada
Xəbər lenti
14-11-2024
13-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya cəsarətli insanlarındır

Tarix: 15-11-2024 12:38     Baxış: 336 A- / A+
                                    Cihangir NOMOZOV

Cihangir NOMOZOV, Furqət oğlu 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub.
“Bütöv Azərbaycan” qəzetinin və "Yazarlar" jurnalının redaksiya heyəti üzvü üzrə Özbəkistan təmsilçisi, Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nümayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun "Unutmaz məni, bağım", "Berdak Karagbay oğlu" xatirə nişanları”nın sahibidir.
Türkiyənin "Güzel Alanya" mükafatı laureatı, Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib.
Yaradıcılıq nümunələri Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya, Azərbaycan, Türkiyə, Banqladeş,  Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib.
Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı, “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib. 
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsiidir.


DÜNYA CƏSARƏTLİ İNSANLARINDIR

“Çox bilən tez qocalar” deyə bir atalar sözünü eşitdiyim zaman: bəli, çox oxuyan, bilik və bacarığı yüksək olan insanlar ağıllı əməyin nəticəsi olaraq tez qocalar, bu səbəbdən də tez qocalmaq lazımdır, deyə düşünərdim... Bugün bu sözün mənasını dərindən hiss edərək, başımdan keçirərək bunu anladım... Bilmək oldu ki, həyatda əməyə nisbətən, inamsızlıq, ümitsizlik, təəccüblərin sona erməsi, arzuların ölümü, ruh enerjisinin azalması və müsbət enerjilərin itməsi insanı tez qocaldar... Xüsusən, ətrafımızdakı insanların gerçək üzüylə tanış olduqda, bizə etdikləri saxta oyunları bildikdə, ruhumuz tükənir. Gözlərimə tor qoyulub, gerçəkliyə pərdə çəkən insanları görüb, onların yalanlarından xəbərdar olarkən, təəccüblərim soba tüstüsü kimi havaya uçar, inamlarım qum kimi səhraya çəkilər, ürəyimdəki sonsuz sevgi donub qaldı... Çünki hələ çox insanın hiylələrindən, maskası altındakı əsl üzlərindən xəbərim yox idi. Gerçəyi qəbul etmək çox çətindir... Xüsusilə onu öz gözlərinizlə görüb, üçünüzdən hiss etmək, sanki yüksək bir qayalıqdan aşağıya düşmək kimidir. Bir anda çox sayda gerçəyi görüb və bildikdən sonra ürəyim sındı, ruhum çox ağır oldu. Əzab üstə əzab, zərbə üzərində zərbə gəldikcə, hər hansı bir güclü insan da özünü itirə bilər. Bu əzabların ağrısından, zərbələrin gücündən insan özünə gələnə qədər çox enerji sərf edir. Böyük alman mütəfəkkiri Göte deyir: "İnsan olmaq - döyüşçü olmaqdır." Məsələnin üstündən qalib gəlmədən, güc və təcrübə qazanıb ayağa qalxmasan, bir ömür boyu məğlubiyyətin ağrısını çəkib keçərsən, bu sözlərin mənasıdır. Həqiqi qaliblər - çox məğlub olmuşlardır. Onlar dəfələrlə düşsələr də, vurulsalar da, məğlubiyyətin ağır zərbələrini yesələr də, iradə və güc yığıb ayağa qalxmışlar. Mövlanə Rumi deyir: "Çətin bir dövrə girdiyinizdə və hər şey sizə qarşıymış kimi göründüyündə, bir dəqiqə belə dözə bilmədiyinizdə, əsla təslim olmayın. Çünki o nöqtə, istiqamətinizin dəyişəcəyi yerdir..." Bu həyat axı döyüşlər, sınaqlar meydanıdır. Uğur əldə etmək istəyirəmsə, məğlubiyyətlərə və çətinliklərə hazır olmalıyam. Belə bir vəziyyətdə taleyin bəxşişləri gözləyir ola bilər. Asanlıqla əldə edilən şeyin qiyməti olmaz. Nə olursa olsun, özünə və özümə olan inamımı itirməyəcəyəm! Ey ruhum, səni sadəliyinlə, inamınla sui-istifadə edənlər bu gün şad ola bilərlər! Sabah səbrin çiçəkləri məqsədlərin dağlarında əlçatmaz olacaq, buna görə də dayanma, yenilmə! Gözlərini bağlayan yalan pərdələr açıldığı üçün şükür et. Özünü topla, ümidini əsla itirmə. Bundan sonra inamını hər kəsə təslim etmə. Yaxşı günlərində dost kimi davranan, yıxıldığında tamaşaçı olmağı sevən insanları həyatından çıxar. Ümidini yalnız Özünə və özünə bağla. Ruhum - gördüklərin, çəkdiklərin sənə güclü bir dərs olsun! Sınaqlarda səbrini qalxan et, möhkəm iradənlə qorxuları cəsarətinlə ört! Yaşamaqda davam et, hələ də irəliləyərək yaşamağa davam et. Çünki Charlie Chaplinin dediyi kimi: "Yaşa! Ən qiymətlisi - əzmlə mübarizə aparmaq, həyatı sevərək yaşamaq və həyatını mənalı yaşamağa çalışmaqdır. Həyatın çətinliklərini layiqincə dəf et, zəfərə cəsarətlə çat, çünki dünya - cəsarətli insanların yeridir. Həyat çox dəyərlidir, buna görə də heç vaxt əhəmiyyətsiz olmamalıdır."

11.11.2024

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar