Sizin Reklam Burada
Xəbər lenti
22-10-2024
21-10-2024
BÜTÜN XƏBƏRLƏR

Gülənin ölüm xəbərini oxuyan aparıcı: Təsadüf, yoxsa...?

Tarix: 22-10-2024 19:18     Baxış: 417 A- / A+


"Ömrünü Türkiyə Cumhuriyyətinə sui-qəsdə həsr edən vətən xaini, din düşməni, terrorçu Fətullah Gülən öldü. Yaxşı biri kimi tanımırdıq, haqqımız haram olsun"
Manevr.az milli.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin dövlət televiziyası olan TRT-nin efirində aparıcı Oya Eren Özkan deyib.

Ötən gün Fətullah Gülənin Pensilvaniyadakı xəstəxanada ölməsi xəbərini son dəqiqə xəbəri kimi açıqlayan aparıcının geyimi diqqət çəkib.
Belə ki, 15 iyul çevriliş mətnini oxuyan aparıcı Tijen Karaşın geyimi ilə onun ölüm xəbərini oxuyan aparıcının geyimlərinin eyni rəngdə olması müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə müzakirələr zamanı istifədiçilərin bəziləri bunu təsadüf adlandırsalar da, bəziləri aparıcının qəsdən belə geyindiyini qeyd ediblər.

Tijen Karataş hazırda nə işlə məşğuldur?
Tijen Karaş 1975-ci ildə Ankarada anadan olmuş məşhur türk televiziya spikeri və aparıcısıdır. O, uzun illər TRT-də çalışıb və müxtəlif mədəniyyət, sənət və xəbər proqramlarını aparıb. 2016-cı il 15 iyul tarixində baş verən dövlət çevrilişi cəhdində silah gücü ilə çevriliş bəyanatını oxumağa məcbur edildikdən sonra daha da tanınıb. Bu hadisə onun karyerasına ciddi təsir göstərib.
Hazırda Tijen Karaş televiziya işindən ayrılaraq şəxsi inkişaf sahəsinə yönəlib. O, "topluluk önündə danışmaq", "nitq sənəti" və "ünsiyyət bacarıqları" üzrə təlimlər keçir və gənclərə bu sahələrdə təcrübə qazanmaqda kömək edir. Bundan əlavə, o, seminar və fərdi inkişaf tədbirlərində iştirak edir və mühazirələr oxuyur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar