Sizin Reklam Burada
Xəbər lenti
22-10-2024
21-10-2024
BÜTÜN XƏBƏRLƏR

İş icazələrinin verilməsi ilə bağlı qanun təsdiqləndi

Tarix: 22-10-2024 12:24     Baxış: 323 A- / A+

İş icazələrinin verilməsi və əldə edilməsi prosesinin elektronlaşdırılması III oxunuşda təsdiqlənib
Manevr.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihə miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsinə, bu zaman kağız daşıyıcıdan istifadənin aradan qalxmasına xidmət edir. Dəyişikliyə əsasən, müvafiq sahədə iş icazəsinin elektron formada rəsmiləşdirilməsi prosesi asanlaşır, işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur. Həmçinin müvafiq sənədlə icazənin müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməsi qaydası müəyyənləşir.
Layihədə Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğun olaraq “Dövlət rüsumu haqqında” qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər edilir.
Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar