Xəbər lenti
"Araz” SES yenidən qurulacaq

“Araz” Su Elektrik Stansiyası 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib. Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. “Araz” dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər.
Manevr.az xəbər verir ki, bu sözləri Azərtac-a Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev deyib.
O deyib ki, stansiya yarım əsrdən çoxdur fəaliyyət göstərir və hazırkı dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə “Araz” SES yenidən qurulacaq. Hazırda SES-in yenidən qurulmasının layihələndirilməsi üçün tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq”, - deyə o əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































