Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" yeni rekorda imza atdı

Tarix: 19-10-2024 13:58     Baxış: 374 A- / A+

"Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Manevr.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərdə ən çox qol vuran komanda adına sahib çıxıb.

Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri rəqib meydanında "Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Qarşılaşmada vurulan 3-cü qol "Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu olub. Bu topa Leandro Andrade imza atıb. Bununla da Ağdam təmsilçisi 647 səfər qoluna sevinən "Neftçi”nin rekordunu keçib.

"Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.

Qeyd edək ki, "Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar