Sizin Reklam Burada
Xəbər lenti
22-10-2024
21-10-2024
BÜTÜN XƏBƏRLƏR

13 yaşlı qız uşaq evindən QAÇDI: Anası ilə...

Tarix: 22-10-2024 17:50     Baxış: 423 A- / A+

"2009 təvəllüdlü yeniyetmə qız 3 saylı uşaq evindən qaçıb. Buna səbəb kimi isə Sosial Xidmətlər Agentliyinin qiymətləndirmə aparmadan qızı anasına verməsi olub".
Manevr.az bildirir ki, bu barədə oxu.az-a məlumat verilib.
Qeyd olunub ki, amma bir neçə gündən sonra övladını idarə edə bilməyən ana yeniyetməni yenidən 3 saylı uşaq evinə qaytarıb.
"Həmin ərəfədə qızla ana arasında mübahisə olub. Nəticədə qız uşaq evindən elə ananın gözü qarşısında qaçıb. Qızla anası yola getmirlər, buna baxmayaraq Sosial Xidmətlər Agentliyinin əməkdaşları onu anasına veriblər ki, "biz öhdəsindən gələ bilmirik, apar özün saxla". Qız isə bildirib ki, anası ilə yaşamaq istəmir və uşaq evindən qaçmayıb. Uşaq evinin İlahə İmanova adlı əməkdaşı onu qapıya gətirib və qapıdan buraxıb".
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Yay tətili dövründə özünün və valideyninin istəyi ilə uşaq ailəsinə təhvil verilib. Sonra uşaq müəssisəyə geri qaytarılarkən müəssisəyə daxil olmadan, anasının yanından mağazaya getmək adı ilə uzaqlaşıb və ərazidən qaçıb.
Bir müddət sonra hüquq-mühafizə orqanları tərəfindən tapılaraq valideyninə təhvil verilən uşağın anası onun uşaq evindən çıxarılması ilə bağlı müraciət edib.
Hazırda uşaq ailəsindədir. Onun istəyi və mənafeyinə uyğun dövlət qayğısı ilə əhatə olunması istiqamətində aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə iş aparılır", - deyə açıqlamada bildirilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar