Sizin Reklam Burada
Xəbər lenti
21-10-2024
20-10-2024
BÜTÜN XƏBƏRLƏR

Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ

Tarix: 20-10-2024 12:29     Baxış: 340 A- / A+

“Telegram” messencerinin istifadəçiləri dələduzlar tərəfindən yeni fırıldaq növü ilə rastlaşırlar.
Manevr.az xəbər verir ki, dələduzlar bəzi ölkələrdə zərərli proqram təminatını foto adı altında insanlara göndərməyə başlayıblar.

Kibercinayətkarlar insanları tələyə salmaq üçün real şəxslərə məxsus şəkillərdən istifadə edirlər. Belə ki, istifadəçilərə göndərilən mesajda “Salam, şəkildəki şəxs sənsən?”-deyə sual yazırlar.
Göndərilən şəkilə baxmaq üçün həmin fayla daxil olmaq istifadəçilərin şəxsi məlumatlarının ələ keçməsi ilə nəticələnir.
Bundan əlavə istifadəçilərə “Telegram” hesabınız tezliklə silinəcək” adlı mesajlar da göndərilir. Bu sxemdə istifadəçiyə guya “Telegram” tətbiqinin texniki dəstəyindən mesaj gəlir və hesabın silinməməsi üçün SMS kod tələb olunur.
Daha sonra fırıldaqçılar saxta “Telegram”, “Gosuslugi” və ya başqa sayt linkini göndərirlər. İstifadəçi telefon nömrəsini və digər məlumatları daxil edir. Bunu etdiyi təqdirdə telefonundakı şəxsi hesablar, bank məlumatları qarşı tərəfin ixtiyarına keçir. Beləliklə dələduzlar istifadəçilərin pullarını mənimsəmiş olurlar.
“Telegram” istifadəçiləri bu kimi hallar zamanı qurbana çevrilməmək üçün tanımadığı şəxslərin mesajlarına daxil olmamalı və hər hansı faylı yükləməməlidir.Baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar