Sizin Reklam Burada
Xəbər lenti
21-10-2024
20-10-2024
BÜTÜN XƏBƏRLƏR

Putin Bakıya gəlməkdən imtina etdi

Tarix: 20-10-2024 08:49     Baxış: 334 A- / A+
Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində iştirak etməməklə doğru qərar verib.

Politoloq Elxan Şahinoğlu bildirib ki, görünür, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib:

“Çünki Putin Bakıdakı tədbirə qatılsaydı, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi. Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə baş nazirini göndərəcək.

Rusiya prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda (22-24 oktyabr) olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir”.

Qeyd edək ki, BBC öz mənbələrinə istinadla Bakıda keçiriləcək COP29 tədbirinə Putinin deyil, Baş nazir Mişustinin gələcəyi barədə məlumat yayıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar