Sizin Reklam Burada
Xəbər lenti
17-10-2024
16-10-2024
BÜTÜN XƏBƏRLƏR

Ot basib ulduzların karvan yolunu - KƏRAMƏTİN ŞEİRİ

Tarix: 26-07-2024 10:23     Baxış: 3136 A- / A+

KƏRAMƏT


***

QURUDU nəmli dodaqlar
səhra oldu yamyaşıl çöl
O yamyaşıl çöldə-dodaqda
buxarlndı şərqiçi, 
qeybə şəkildi şeir.
nə məndən  kimsıədə nıəsə qaldı,
Nə də kimsədən məndə bir şey.
nə auditoriya qaldı, nə də tribuna
Nə bəndənin yaratdığı Allah,
nə də Allahın yaratdığı bəndə.
Çoxdan, eradan əvvəl
        və min il sonra
Qayalara çırpıldı NUHUN KOSMİK GƏMİSİ.
ot BASIB 
      ulduzların karvan yolunu.
Addım səsləri pışıldayır ancaq
"Burdan bir atlı keçdi",
Mən səndən keçib getdim,
Sən də ki məndən.


***

Yanar işıldaböcəklər
Sönər işıldaböcəklər
sevdalı sevdasızım,
sevda dərsi keçilməz.
Allahı sonradan qazanmaq olmur
O, səndə var,ya da yox.
nəgmələrin qolları qandal götürməz
türmə-böyüklərin uşaq bağçası
uşaqların türməsidi bağçalar.
sonradan azadlıq qazanmaq olmur
adam azad olur
ya da ki,kölə.
yanar işıldaböcəklər
sönər işıldaböcəklər.
Külqabıya gül qoyursan hələ də
güldanlara kül tökürsən hələ də.
Həyatda Haqq aramaq
özü də haqsız işdi.
haqqı da sonradan qazanmaq olmur
Allahı da elə
Sevdanı da elə
Səni də elə.
yanar işıldaböcəklər
solar işıldaböcəklər.
      (2006)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar