Sizin Reklam Burada
Xəbər lenti
14-07-2024
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz aksiyaların qarşısı alınacaq - Oqtay Kərimov

Tarix: 10-07-2024 13:06     Baxış: 352 A- / A+



Şəhər və rayon polis bölmələrində seçkiyə qədər vətəndaşların siyahısı dəqiqləşdirilir.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oqtay Kərimov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Oqtay Kərimov bildirib ki, ölən, son vaxtlar ölkədən gedən və ölkəyə gələn vətəndaşların siyahısı da dəqiqləşdirilir:"Polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Polisin fəaliyyəti ilə bağlı qaldırılan bütün məsələlər dərhal öz həllini tapacaq. Seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olan halların qarşısı alınacaq. Polis orqanlarına daxil olmuş müraciətlərə təxirə salınmadan baxılıb, cavablandırılacaq.
Seçki bitəndən sonra bülletenlər və seçki protokolları polisin müşayiəti ilə aparılacaq. Qanunsuz aksiyaların, ictimai asayişin pozulması hallarının qarşısının alınması üçün bütün tədbirlər görüləcək".
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar