Sizin Reklam Burada
Xəbər lenti
15-07-2024
14-07-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşada daha 56 nəfər işlə təmin olunacaq - ŞƏKİL

Tarix: 09-07-2024 11:57     Baxış: 352 A- / A+

Şuşa şəhəri Dövlət Xidmətləri Mərkəzində 56 nəfər işlə təmin olunacaq.
Manevr.az xəbər verir ki, Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə Prezident İlham Əliyevin tapşırığına əsasən, 2023-cü il mayın 10-da başlanılıb.

Burada keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada "ASAN xidmət" və "DOST xidməti" mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialı fəaliyyət göstərəcək.
Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib. Binanın sahəsi 2600 m2-dir. Ümumilikdə dövlət xidmətləri mərkəzində fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti işlər üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar