Sizin Reklam Burada
Xəbər lenti
14-07-2024
BÜTÜN XƏBƏRLƏR

Filarmoniyada cinayət işi başladı - həbs edilən var

Tarix: 09-07-2024 10:37     Baxış: 354 A- / A+

Məlum olduğu kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatıda deyilir.
Bildirilib ki, aparılmış istintaq tədbirləri nəticəsində etibar edilmiş külli miqdarda özgə əmlakını talama, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, külli miqdarda rüşvət alma və vəzifəli şəxs tərəfindən tamah və sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi kimi cinayətlərin əlamətlərini əks etdirən kifayət qədər dəlillərin olması nəzərə alınaraq fakt üzrə Azərbaycan Respublikası CM-in 179.3.2, 308.1, 311.3.3 və 313-cü maddələri ilə cinayət işi başlanılıb.
Cinayət işinin istintaqı zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsində məhkəmənin qərarı ilə 5 iyul tarixində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar