Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

DAVAM EDİR "37": müəllim "danos"la şərlənərək 20 il müddətinə zindana atıldı...

Tarix: 25-06-2024 22:10     Baxış: 386 A- / A+

DAVAM EDİR "37": müəllim "danos"la şərlənərək 20 il müddətinə zindana atıldı...+VİDEORusiyanın Lipetsk vilayətindən olan bir rəsm müəllimi "vətənə xəyanət" ittihamı ilə şərlənərək 20 il müddətinə azadlıqdan məhrum edilib. 2-ci Qərb Dairə Hərbi Məhkəməsi rəsm müəllimi Daniil Klyukanı "dövlətə xəyanət" və "terror fəaliyyətinə köməklik" ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.

Rusiyanın xaricdə fəaliyyət göstərən müxalifv "Dojd" kanalı bu barədə "Pervıy otdel" telegram-kanalının məhkuma dəstək qrupunun məlumatına istinadla informasiya yayıb.

Müstəntiqlərin fikrincə, Klyuka Ukraynanın "Azov" alayına 20 min rubl köçürüb. Müəllimin özünün dediyinə görə, onun telefonunda Luqanskdan olan qardaşına köçürmələr tapılıb. Klyuka bildirib ki, təhlükəsizlik qüvvələri bu köçürmələrin "Azov" üçün edildiyini "inadla etiraf etməyi xahiş ediblər".

Klukanın dediyinə görə, o, müharibəyə haqq qazandıran materiallar dərc etdirən yerli qəzeti qaraladığını görən məktəb həmkarlarının "danos"undan(çuğul kimi xəbər çatdırma) sonra həbs edilib.

"Bir gün məni söhbət etmək üçün çağırdılar və işdən çıxardılar. Məni nasizmdə ittiham etdilər və dedilər ki, "başımda zir-zibl var". <...> Düşündüm ki, işdən çıxarılmaqla hər şey bitəcək, amma məktəb rəhbərliyindən "FSB"-yə zəng vurub qəzetləri verdilər və dedilər ki, guya mən partlayıcılarla maraqlanıram. Bir həftə yarım məni izlədilər, sonra direktor zəng etdi - gəl, sənədləri nizamlamalıyıq. Əvvəlki iş yerimə yollandım və binaya tərəf cəmi yüz metr yaxınlaşmışdım ki, "maskalar -şousu" başladı" , - deyə günahsız müəllim bildirib. moderator.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar