Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Teleaparıcı korrupsiyaya görə həbs olundu

Tarix: 24-04-2024 12:43     Baxış: 452 A- / A+


Teleaparıcı   korrupsiyaya görə həbs olundu
Rusiyanın Krasnoyarsk diyarında teleaparıcı Maksim Qureviçə istedadlı uşaqların mükafatlandırma mərasiminin təşkili üçün büdcədən ayrılan 3,4 milyon rublu (təxminən 61 min 880 manat) oğurladığına görə cəza verilib.
Yerli media bildirir ki, məhkəmənin müəyyən etdiyi kimi, o, 2021-ci ilin avqust ayından 2022-ci ilin fevral ayına kimi şəriki ilə birlikdə mədəniyyət və incəsənət sahəsində istedadlı uşaqlar üçün mərasimin təşkili və keçirilməsi üçün büdcədən ayrılan subsidiyanı oğurlayıb. Maksim Qureviç dələduzluqda təqsirli bilinib.
Məhkəmənin hökmü ilə o, üç il sınaq müddəti olmaqla, üç il yarım şərti azadlıqdan məhrum edilib. Aparıcı son sözündə təqsirini boynuna almayaraq, məhkəmədən onu azadlığından məhrum etməməyi xahiş edib.

İstintaqın məlumatına görə, 2021-ci ilin sonunda regional İdman Nazirliyi istedadlı uşaqların təhsil, idman, mədəniyyət və incəsənət sahəsində nailiyyətlərinə görə mükafatlandırma mərasiminin keçirilməsi üçün 5 milyon rubl (təxminən 91 min manat) ayırıb. “Open Hearts” qeyri-kommersiya təşkilatı pulu alıb.
Tədbirə hazırlıq işlərini “Modern Production” şirkətinin direktoru Qureviç və onun köməkçiləri həyata keçiriblər. Cavabdehlər qondarma müqavilələr tərtib edərək işlərin qiymətini şişirdiblər, hətta bəziləri tamamlanmayıb. Teleaparıcı 2023-cü ilin yanvarında həbs edilib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar