Sizin Reklam Burada
Xəbər lenti
26-07-2024
25-07-2024
BÜTÜN XƏBƏRLƏR

Xaçmazda beş min il yaşı olan insan skeleti tapılıb - ŞƏKİL

Tarix: 18-09-2023 14:48     Baxış: 4224 A- / A+

Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən “Həsənqala” təpəsində aparılan arxeoloji qazıntılar zamanı qiymətli tarixi maddi mədəniyyət nümunələri tapılıb.
Manevr.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Döyüş Musayev apa-ya bildirib ki, Həsənqala kəndindəki qədim yaşayış məskəni ilk dəfə 1977-ci ildə aşkarlanıb:
“Burada 2018-ci ildən arxeoloji qazıntılara başlanılıb. Qazıntılar nəticəsində məlum olub ki, yaşayış məskənində üst təbəqə IX-XII əsrlərə aiddir. Ondan sonrakı təbəqə antik dövrə, sarmat tayfalarına aiddir”.
Tarixçi alim bildirib ki, bu il aparılan qazıntı işləri zamanı erkən tunc dövrünə aid insan skeleti tapılıb. Onun sözlərinə görə, bu, şimal zonasında bu dövrə aid tapılan ilk insan qalıqlarıdır.
D.Musayev insan skeletinin ölçülərinə görə uşağa aid olduğunu bildirib. Belə ki, onun boyu 1 metr 20 santimetrdir. Maraqlı fakt odur ki, tapılan skeletin ayaq barmaqları olmayıb. Onun eramızdan əvvəl III minilliyə aid olduğu ehtimal edilir. Bundan əlavə, arxeoloji qazıntılar zamanı ərazidən eramızdan əvvəl III minilliyə aid bəzəkli saxsı, sümükdən biz, döyüş daş baltası da aşkarlanıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar