Xəbər lenti
Ankarada Türkiyə, Rusiya, Suriya və İran liderlərinin görüşü gözlənilir

Türkiyə, Rusiya, Suriya və İran liderləri arasında Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yaxın vaxtlarda görüş keçirilə bilər.
Manevr.az xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
“Seçkilər danışıqlar prosesinə müdaxilə etdi. 15 gün əvvəl xarici işlər nazirimiz Mövlud Çavuşoğlu Moskvada bir görüşdə iştirak etdi. Qarşıdakı görüşlər nazir müavinləri səviyyəsində davam etdiriləcək. Qısa müddətdə danışıqlar püxtələşdikdən sonra qərar veriləcək və hərəkətə keçmək mümkün olacaq. Rəhbərlik səviyyəsində müzakirə olunacaq məsələlər də var. Deyə bilərəm ki, bu, yaxın vaxtlarda həyata keçiriləcək”, - Kalın CNN Türk-ə müsahibəsində deyib.
Bundan əvvəl Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, İranlı həmkarı Hüseyn Əmir Abdullahyan, Suriya XİN rəhbəri Feysəl Mikdad və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması və ziddiyyətlərin aradan qaldırılması cəhdləri fonunda baş tutub.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İsmayıl İmanzadə
KƏRAMƏT
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar