Sizin Reklam Burada
Xəbər lenti
05-09-2024
04-09-2024
BÜTÜN XƏBƏRLƏR

Natiq Qasımovun təkbaşına döyüşdüyü məbəddən reportaj - VİDEO

Tarix: 18-07-2024 19:25     Baxış: 4302 A- / A+
Natiq Qasımovun təkbaşına döyüşdüyü məbəddən reportaj (VİDEO)
Xəbər verdiyimiz kimi 25 iyun 2024- cü il tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib. 

Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi ilə Mingəçevirə köçüb və o, orta məktəbi həmin şəhərdə bitirib. 

Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə vətənə qayıdıb və elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.

1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar.

22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Bizim.Media-nın çəkiliş qrupu Xocalıda yerləşən və Natiqin 5 gün savaşdığı Alman məbədində olub. Natiqin ailə üzvləri ilə birlikdə onun ermənilərə gözdağı verdiyi məbəddə şəhidimizin qəhrəmanlığından danışılıb.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar