Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Fitch” Azərbaycanın reytinqini yüksəltdi

Tarix: 27-07-2024 09:46     Baxış: 395 A- / A+
“Fitch” Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltdi
"Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini "BB+” səviyyəsindən "BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
Bu barədə Manevr.az qiymətləndirmə agentliyinə istinadən bildirir.

Reytinq agentliyinə görə, yüksəliş ölkənin güclü xarici balans hesabatını, davam edən cari hesab və fiskal profisitlərini, azalan xarici valyuta həssaslığını, aşağı dövlət borcunu və inkişaf edən monetar siyasəti əks etdirir.

İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5 % səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7 %-ə yüksələcəyi gözlənilir.

Ölkə iqtisadiyyatının 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağı proqnozlaşdırılır.

"Eyni zamanda, neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq, bu da azalma tempini yavaşlada biləcək yeni neft hasilatı və daha yüksək təbii qaz hasilatı ilə əlaqədardır”, – agentlik vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar