Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"ƏDV geri al" vasitəsi ilə nə qədər məbləğ geri qaytarılıb?

Tarix: 25-05-2023 19:12     Baxış: 3137 A- / A+
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il may ayına qədər müvafiq portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 425,1 milyon manatdan çox vəsait geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.
Məlumata görə, təkcə bu ilin yanvar-aprel ayında isə 49 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb.
“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada isə 5 %-i istehlakçılara geri qaytarılır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.
Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 88 mindən çoxdur. 2023-cü ilin 4 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar