Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın nüvə silahları Belarusda saxlanılacaq!

Tarix: 25-05-2023 13:07     Baxış: 4143 A- / A+
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusun paytaxtı Minskdə belaruslu həmkarı Viktor Hrenin ilə görüşüb. Nazirlər Rusiya nüvə silahlarının Belarus ərazisində xüsusi anbarda saxlanmasını nəzərdə tutan protokolu imzalayıblar.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Belarus müdafiə nazirləri Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar.

"Belarus müdafiə naziri Viktor Hrenin və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskdə ikitərəfli görüş keçirib", - Belarus Müdafiə Nazirliyinin bəyanatında deyilir. Hərbi rəhbərlər hərbi-siyasi vəziyyəti və müdafiə nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Rusiyanın qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb.


“QƏRB RUSİYA VƏ BELARUSİYAYA TƏZİQ EDİR”

Belarusun müdafiə naziri Hrenin görüşlə bağlı verdiyi açıqlamada Qərbin Rusiya və Belarusa “görünməmiş təzyiq” etdiyini bildirib və deyib: “Qərb həm Belarus Respublikasına, həm də Rusiya Federasiyasına bütün sahələrdə misli görünməmiş təzyiq göstərir. Bu şəraitdə Belarus Respublikası Rusiya Federasiyası ilə hərbi sahədə strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsində, doktrinal sənədlərimizdəki öhdəliklərin gücləndirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsində maraqlıdır.

Nigar Nəriman

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar