Xəbər lenti
Bakıda maskalı şəxs qadını döyüb pullarını aldı

Bakıda qadına qarşı soyğunçuluq olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.
Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Sevinc Qərib
Sevinc Qərib
KƏRAMƏT
Sevinc Qərib
Emil Rasimoğlu
Rəfail Tağızadə
Zərintac Həsənova
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar