Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Şəfiqə xanım ittifaqa ayaq basmayan oğluna yüksək maaş verir”- Sabiq katibdən sərt ittihamlar

Tarix: 24-01-2023 15:49     Baxış: 3337 A- / A+

“Şəfiqə xanımın sədr seçilməsi ilə bağlı mənim xəbərim olmadan mətbuata məlumat ötürməsini öz işimə hörmətsizlik kimi qiymətləndiririəm”.
Manevr.az bildirir ki, bu sözləri ölkə.az-a açıqlamasında jurnalsit Əli Vəliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında mətbuat xidməti vəzifəsindən istefa verməsi barədə danışarkən deyib. O bildirib ki, ittifaqda ümumiyyətlə seçki prosesi olmayıb:
“Saxtakar, qanunsuz yolla özü özünün sədr seçilməsi barədə saytlara açıqlama verib. Deyib ki, guya onu yekdilliklə sədr seçiblər. Bununla bağlı protokol tərtib edib. Hörmətli birinci katib Cəmil Quliyevin, Ayaz Salayevin adından protokolda yazıb ki, onlar yekdilliklə Şəfiqə Məmmədovanın Kinematoqrafçılar İttifaqının sədri seçilməsini təklif ediblər. Bunu da Ədliyyə Nazirliyinə göndərib təsdiq etdirmək istəyib, amma planları baş tutmayıb. Sənəd nazirlik tərəfindən təsdiq edilməyərək geri qaytarılıb”.
Uzun illərdir qurumda mərtbuat katibi olduğunu deyən Ə.Vəliyev Hesablama Palatasına da çağırış edib:
“2016-cı ildən ora ilk dəfə mən mətbuat katibi təyin olunmuşam və ittifaqın KİV-lə yüksək səviyyədə əlaqələrini qurmuşam.
İstefadan əvvəl belə, öz çalışdığım qurumu vəzifədə ola-ola tənqid etmişəm. Bütün üzvlər etiraza qalxıblar. Onsuz da onun yenidən namizəd olmasına imkan verməyəcəklər. 2012-ci ildən bu günə qədər 2 dəfə seçki keçirilməli olduğu halda bunu etməyib. Mətbuat katibi vəzifəsindən azad olunsam da, mən həm də oranın üzvüyəm. Ümumiyyətlə, başqa faktlar da var. Hesablama Palatasına müraciət edirəm. Xahiş edirəm ki, Palata Kinematoqrafçılar İttifaqında yoxlamalar aparsın”.
Jurnalist Ş.Məmmədovanın heç bir dəfə də olsun ittifaqa gəlməyən oğluna maaş ödədiyini iddia edib:
“Şəfiqə Məmmədova keçmiş ərindən olan övladı Ülvi Mehdini qanunsuz şəkildə işə götürüb. Katiblərdən, üzvlərdən, digər yerləşən vəzifə tutan adamların hamısından da çox maaş verilir. O adam bu günə qədər bir dəfə də olsun ittifaqa ayağını basmayıb.
Bundan əlavə, orada maliyyə pozuntuları da var. “Ustad dərsləri” adı ilə yazılıb əmrləşdirilən pullar mənimsənilib. İttifaqda cəmi 11 nəfər işçi var. Onlar arasında maksimum maaş 700-800 manat təşkil edir. Bu rəqəmlərin cəmi bir il ərzində 160 -170 min manat vəsait edir. İttifaqa isə dövlət tərəfinən 400 min manat vəsait ayrılır.Qoy, Hesablama Palatası bura gəlsin və sorğulasın ki, qalan vəsait hara xərclənir”.
Qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı Ölkə.Az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar