Sizin Reklam Burada
Xəbər lenti
03-02-2023
02-02-2023
BÜTÜN XƏBƏRLƏR

Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı

Tarix: 24-01-2023 11:05     Baxış: 480 A- / A+
Teylor İbrahimov barəsində yenidən cinayət işi başlandı
Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) barəsində cinayət işi başlanıb.
Manevr.az-ın məlumatına görə, o, dələduzluqda ittiham olunur.
Belə ki, T.İbrahimov Ağcabədi RPŞ-də istintaq olunan cinayət işi üzrə həbs edilmiş vətəndaş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi ilə bağlı onun atası Bayram Ələsgərovu aldadaraq pullarını ələ keçirib. O, həmin şəxsə özünü Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri kimi təqdim edərək hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsilə istənilən məsələni həll etmək iqtidarında olduğunu bildirib. Bunun qarşılığında B.Ələsgərovdan 25 000 manat pul alıb.
Bir müddət sonra T.İbrahimovun vədinə əməl etmədiyini görən vətəndaş aldadıldığını başa düşüb və hüquq-mühafizə orqanlarına müraciət edib.
Araşdırmalardan sonra Teylor Fətişoğlu barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başladılıb. İttihama görə, o, öz hərəkətləri ilə Baş Prokurorluğu nüfuzdan salmaq, etimadsızlığa zəmin yaradaraq vətəndaşı rüşvətverməyə təhrik edib.
İş materialları toplanaraq baxılması üçün məhkəməyə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki, T.İbrahimov keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən MTN agenti kimi də tanınırdı. Onun barəsində 6 il əvvəl də cinayət işi başlanmışdı. O, həmin vaxt Ağdamın icra başçısının adından dələduzluq etməkdə təqsirli bilinirdi.“Qafqazinfo”

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar