Xəbər lenti
Rəisinin helikopteri necə qəzaya uğrayıb? - YENİ və ŞOK DETALLAR
Məlum olduğu kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.
Bəs faciəvi hadisə necə baş verib?
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, ABŞ-ın aviasiya mütəxəssisi Kayl Beyli "Al Jazeera"ya açıqlamasında hadisənin detallarını və baş vermə ehtimallarını şərh edib.
Onun sözlərinə görə, əgər uçuş zamanı ciddi texniki problem yaranarsa, pilotun birinci vəzifəsi təyyarəni uçuşda saxlamaqdır, kommunikasiya yaratmaq isə ikinci plandadır. Kayl Beyli əlavə edib ki, İran liderinin ölümü ilə nəticələnən qəzada da pilot əlaqə yaratmayıb: "Çünki pilot, çox güman ki, vertolyotu endirməyə və ya onu səmada saxlamağa çox diqqət yetirirdi".
Aviasiya analitiki helikopterin pilotu ilə başqa bir uçuş heyəti üzvü arasında əlaqənin olmamasını "ciddi idarəolunma problemi" kimi şərh edib.
Beyli helikopterin iki hissəyə parçalandığına diqqət çəkib:
"Vertolyotun iki hissəyə ayrılmasından görünür ki, quyruq rotoru çox güman ki, kəsilib və bu, əsas rotor bıçağının quyruğa təsir etməsinin nəticəsidir. Buna pilot helikopteri endirmək üçün manevr edərkən yaranan aerodinamik qüvvələr və ya ola bilsin ki, texniki nasazlıq səbəb ola bilərdi. Başqa bir ehtimal quyruq rotorunun nasazlığıdır. Əgər biz helikopterlərin saat əqrəbinin əksi istiqamətində 360 dərəcə fırlandığı spiral hərəkəti görsək, bu, quyruq rotorunun sıradan çıxdığını, yaxud nəzarətdən çıxacağını göstərə bilər”.
Ekspert deyib ki, əlverişsiz hava şəraiti və dağlıq ərazi də ölümlə nəticələnən qəzaya səbəb ola bilər.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar