Xəbər lenti
“ÜST-ün məktəblərin açılması ilə bağlı təklifi hökm deyil, tövsiyədir”-Sədr müavini
“Razılaşmalıyıq ki, bir tərəfdən dərs məşğələlərinin başlanmasına saylı günlər qaldıqca, digər tərəfdən də tədris prosesinin nə vaxt və hansı formada başlanacağı barədə rəsmi məlumatın gecikməsi cəmiyyətdə narahatçılığı bir qədər də artırıb”
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
Sadr müavini tədrisin bərpası ilə bağlı sosial şəbəkələrdə irəli sürülən fərziyələrdən danışıb:
“Baxmayaraq ki, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin araşdırılması və burada əsas məqsədin ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənmək olduğu barədə dəfələrlə rəsmi açıqlamalar verilib. Bununla belə sosial şəbəkələrdə müxtəlif fərziyələr, ehtimallar irəli sürülür ki, bu da cəmiyyətdə müəyyən çaşqınlıq yaranmasına səbəb olur. Bu da başa düşüləndir və bu halı təbii qəbul etmək lazımdır. Lakin, bu şəraitdə yeganə istinad mənbəyi hər hansı bir subyektiv proqnoz deyil, yalnız rəsmi məlumatlar olmalıdır”.
O ənənəvi təhsilə qayıtmağın yolunun vaksinasiya olduğunu vurğulayıb:
“Onu da qəbul etməliyik ki, bu kimi fövqaladə situasiyalarda tələskənliyə yol verib, hansısa konkret bir qərar vermək düşündüyümüz qədər də asan məsələ deyil. İstənilən halda yekun qərar vermək üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri var, Nazirlər Kabineti yanında Operativ Qərargah var, Təhsil Nazirliyinin mövqeyi var, digər əlaqədar və aidiyyati qurumlarla məsləhətləşmələr amili var. Yəni, bu hansısa fərdin və ya qurumun iradəsində asılı olan məsələ deyil. Nazirin də bir müddət əvvəl qeyd etdiyi kimi kifayət qədər qeyri-müəyyənliklər yenə də var. Amma biz çox ümidliyik. Və inandığımız budur ki, ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır”.
Sədr müavini ÜST-ün məktəbləri açmaqla bağlı təklifinin sadəcə tövsiyə olduğunu bildirib:
“Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamaq təklifinə qaldıqda isə bu hökm deyil, yalnız tövsiyədir və hər bir ölkə məsələyə mümkün risk səviyyəsinə uyğun yanaşır. Deyək ki, Türkiyədə məsələyə bir cür, Gürcüstanda başqa çür, digər ölkələrdə bir başqa çür fərqli yanaşmalar var. Bu baxımdan təsdiq olunacaq yeni Qaydalarda yerli şəraitə və mövcud vəziyyətə uyğun bütün məqamlar nəzərə alınmalıdır”.
O peyvəndləmə prosesini yekunlaşdırmaq məqsədi ilə zaman qazanmaq üçün ertələmənin mümkün olduğunu bildirib:
“O ki, qaldı mənim subyektiv mövqeyimə, tədrisə başlanılması birmənalıdır, hansı formada başlanılması isə son təhlillərdən, zəruri tədbirlərin hansı səviyyədə görülməsindən asılı olacaq. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmanın tətbiq olunacağı da istisna olunmur. Təhsilin müxtəlif pillələri üzrə əyani, hibrid, distant formalar da tətbiq oluna bilər. Peyvəndləmə prosesini yekunlaşdırmaq, zaman qazanmaq üçün ertələmə də mümkündür. İstənilən halda müşahidələrimin nəticəsi ondan ibarətdir ki, yoluxmanın yüksək olduğuğu dövrdə belə, uşaqların küçələrdə, valideynləri ilə əyləncə mərkəzlərində gün keçirməsi ilə müqayisədə məktəblər daha etibarlı və təhlükəsiz məkandır, çünki, bu sahədə artıq məktəblərdə kifayət qədər təcrübə qazanılıb”.
Son olaraq sədr müavini vaksinasiyanın zəruriliyini dərk etməli olduğumuzu qeyd edib:
“Yəqin ki, yeni dərs ilində tədrisin təşkili ilə bağlı bu gün-sabah keçiriləcək brifinqdə bütün bu məqamlara aydınlıq gətiriləcək. Vaksinasiyanın məcburiliyini qəbul etməsək də, zəruriliyini dərk etməliyik. Yalnız, bütün norma və şərtlərə əməl eməklə, arzuladığımız ənənəvi təhsilə başlanılmasına öz töhvəmizi verə bilərik. Unutmayaq ki, bu kimi taleyüklü məsələlərdə tələsik qərarlar çıxarmaq ağır fəsadlara yol aça bilər. Necə deyərlər, gec olsun, güc olsun…”
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar