Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Köçəryan bu gün seçkiləri udarsa... – Bakıya daha bir şans

Tarix: 20-06-2021 19:11     Baxış: 4162 A- / A+
Köçəryan bu gün seçkiləri udarsa... – Bakıya daha bir şans

Ermənistanda bu gün keçirilən seçkidə mübarizənin əsasən Robert Köçəryanın “Ermənistan” (Hayastan) bloku və Nikol Paşinyanın Mülki Müqavilə Partiyası arasında gedəcəyi gözlənilir.

Manevr.az xəbər verir ki, “Qallap”ın (Gallup) iki gün öncə açıqladığı son sorğunun nəticələrinə görə, Köçəryan blokunu dəstəkləyənlər 28,7%-ə qalxıb, Paşinyanı dəstəkləyənlər isə 25,2%-dir.

Müharibədən bir ay sonra keçirilən sorğuda cəmi 2 faiz civarında səsi olan Köçəryanın qısa müddətdə bu qədər güclənməsinin səbəbi Karapetyan, Vanetsyan da daxil olmaqla, bir çoxlarını öz ətrafında birləşdirməsi, o cümlədən Rusiyadakı diaspor və Rusiya hakim dairələrindəki bəlli dairələrin ciddi dəstəyidir. Əslində Köçəryanın ətrafında sözügedən şəxslərin birləşməsinin də Rusiyanın təsiri ilə baş verdiyi şübhəsizdir.

N.Paşinyan isə ənənəvi olaraq qərbyönlüləri təmsil edir və beləliklə, bugünkü seçki Ermənistanda qərbyönlülər və rusiyayönlülərin qarşılaşması kimi xarakterizə edilir.

Köçəryan “Qarabağ klanı”nı təmsil edir, təsadüfü deyil ki, onun İrəvanda keçirdiyi son mitinqdə iştirak edənlərin böyük əksəriyyəti Qarabağ erməniləri idi. Hətta o mitinqə hazırda Xankəndidə yaşayan ermənilərin də getdiyi (5 nəfər də mitinqə gedərkən qəzaya düşmüşdü) haqda səhih məlumatlar var. Ritorikasını revanşizm üzərində quran, mitinqində türkə nifrət püskürən Köçəryan Azərbaycana hansısa təhlükə kəsb edirmi?

Köçəryan bir neçə gün öncə tərəfdarları qarşısında çıxışında “Azərbaycanı qıcıqlandırmamağı” məsləhət görmüşdü. Eyni zamanda Ermənistanın hazırda Azərbaycana müqavimət göstərmək üçün heç bir imkanı – ordusu, iqtisadiyyatı, siyasi sabitliyi – olmadığını da qeyd etmişdi. Buna baxmayaraq, Köçəryan “iki il hazırlıq” vəd etmişdi. Onun sözlərinə görə, iki illik ordu quruculuğundan sonra Ermənistan Hadrut və Şuşanı geri tələb etmək gücündə olacaq.

Ancaq Köçəryan ənənəvi olaraq bir çox məqamı hesablamır: əvvəla, darmadağın olan erməni ordusunun bərpası üçün 2 il həddən artıq az müddətdir. İkincisi, Azərbaycan Köçəryana 2 il müddəti tanıyacaqmı? Oturub Ermənistanın toparlanmasını və qisas almasını gözləyəcəkmi?

Köçəryanın hakimiyyətə gəlişi Ermənistanın Qərb dəstəyinə də ciddi zərbə vuran faktora çevriləcək və demək, iqtisadi tənəzzülün yaxın illərdə qarşısının alınması ehtimalı sıfra enəcək. Bu isə Ermənistandan miqrasiyanı daha da sürətləndirəcək və revanşizm, indiyə qədər olduğu kimi, İrəvanı növbəti dalana doğru aparacaq. Bu halda hətta Rusiyanın erməni ordusunun bərpası üçün “hərbi hədiyyələri” də bir işə yaramayacaq. Ermənistan yenidən təcrid olunmanın acı nəticələrini isə növbəti dəfə yaşayacaq.

Köçəryanın hakimiyyətə gəlməsi Azərbaycanın aqressiyasını da artıracaq və 10 noyabr bəyanatının tələblərinin yerinə yetirilməsi üçün rəsmi Bakı bütün vasitələri dərhal işə salacaq. Bu sırada antiterror əməliyyatından tutmuş hərbi əməliyyatların aktivləşməsinə qədər, bütün variantlar gündəmdədir.

Köçəryanın qayıdışı Azərbaycanın ərazi bütövlüyünü daha sürətlə və ən sərt formada bərpası, sərhəd delimitasiya və demarkasiyasını tamamlaması, Zəngəzur dəhlizinin açılması üçün tələblərini güc müstəvisində göstərməsi deməkdir. Əvəzində isə Ermənistan heç bir istiqadi divident əldə edə bilməyəcək.

Bu baxımdan Köçəryanın hakimiyyətə qayıtması Azərbaycanın strateji baxımdan maraqları daxilindədir. Kommunikasiyaların bərpası, ərazi bütövlüyünün təmini fonunda Ermənistanın yenə təcrid vəziyyətində qalması və gələcəkdə hər hansı təhlükə kəsb etməməsi milli maraqlarımıza uyğundur./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar