Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Növbəti brifinqdə yumşalmalar elan edilə bilər - Hansı güzəştlər gözlənilir? - AÇIQLAMA

Tarix: 06-05-2021 19:01     Baxış: 4188 A- / A+
Növbəti brifinqdə yumşalmalar elan edilə bilər - Hansı güzəştlər gözlənilir? - AÇIQLAMA


"Xəstəxanaların yükü əvvəlkilərə nisbətən çox azalıb, vəziyyət stabilləşməyə doğru gedir. Sağalanların sayının gündəlik statistikada da görürük ki, yoluxanlardan təxminən iki dəfə çoxdur. Bu da işin çox müsbət tərəf getməyindən xəbər verir".

Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan Tibb elmləri namizədi Eldar Kamranov deyib.

Növbəti brifinqdə yumşalmalar elan edilə bilər - Hansı güzəştlər gözlənilir? - AÇIQLAMA


O bildirib ki, epidemioloji vəziyyəti pisləşən ölkələrdən fərqli olaraq bizdə yoluxma sayını kontrolda saxlamaq mümkün olacaq:

"Qonşu ölkələrlə, dünyanın bir çox yeri ilə müqayisədə bizdə epidemioloji vəziyyətin bu qədər qənaətbəxş olmasında dövlətin atdığı addımların əhəmiyyəti çox böyükdür. Artıq insanlar cərimədən qorxsalar belə maska taxmağa məcbur olduqlarını anlayırlar, artıq bu qaydalara 90-95% insan əməl edir. Digər yandan da əhalinin böyük bir hissəsi peyvənd olunub. Yoluxanların sayının azalmasında bunun da rolu çox yüksəkdir. Bir də kim xəstəlik keçiribsə onda 5-6 ay müddətinə COVİD-ə qarşı immunitet qalır. Onlarda immunoqloilin C yaranıb, bədəndəki proqram ona tanışdır. İnfeksiya tanış olduğu üçün orqanizmə düşən kimi onun əleyhinə anticismlər hazırlamağa başlayır. Bugünə qədər əhalinin təxminən milyon yarımı da (1 593 883) peyvənd olunub. Bu müddət ərzində o böyük bir rəqəmdir. Və bununla paralel, xəstəlik keçirmiş insanlar da elə bil peyvənd olunmuş kimi hesab edilə bilər. Bu baxımdan ölkədə vəziyyət stabilliyə doğru gedir.

Yəqin ki, dövlət növbəti mərhələlərdə müəyyən yumşalmalara gedəcək. İndiki vəziyyətdə bunun mümkün olacağını deyə bilərəm. Açığı desəm, toyları qonaq sayını məhdudlaşdırmaqla, saatı azaltmaqla (6 saat yox, 3 saat) bərpa etmək olar. Toy biznesində çalışanların da dolanışığını nəzərə almaq lazımdır. Əksinə yas mərasimlərini daha az adamla keçirmək lazımdır. Çünki nəzər yetirsək görərik ki, virusa yoluxma halları nədənsə daha çox yas yerlərində olur. Amma mənə elə gəlir ki, növbəti brifinqdə yumşalma anonsunu eşidəcəyik. Gözləmirəm ki, bizdə yoluxma sayı bir də pik həddə çata.

Fikirləşirəm ki, qarşıdakı yaxın həftələrdə metronu sərnişin sıxlığını nəzərə alaraq pik saatlarda müəyyən məhdudiyyətlərlə açmaq olar. Çünki metro nəqliyyatın bəlkə də yarısıdır.

Yoluxma sayı bir vaxtlar bizdə də pik həddə çatanda dövlət məcburiyyət qarşısında dedi ki, açıq havada da maska taxılmalıdır və cərimə metodu ilə əhaliyə maska taxmağı öyrədə bildi. Amma mənə elə gəlir ki, artıq açıq havada, küçədə təkəmsə maska taxmağa da ehtiyac yoxdur. O vəziyyətdə maska taxmağın elə bir prinsipial əhəmiyyəti yoxdur. Növbəti brifinqlərdə açıq havada maska taxmaq qaydasının da götürülməyini elan etmək olar. Çünki məsələn, məsafə 2 metrdirsə, virusun açıq havada o məsafədən yoluxmaq ehtimalı sıfırdır. COVİD virusu ağır molekuldur, danışanda, nəfəs aldqda o molekullar aşağı enir. Bu virus havada uça bilməz, ağır olduğu üçün aşağı enir. Ona görə, metrə yarımdan sonra onun xəstəlik törətmək ehtimalı çox aşağıdır.

Elə düşünürəm ki, epidemioloji vəziyyəti pisləşən ölkələrdən fərqli olaraq bizdə yoluxma sayını kontrolda saxlamaq mümkün olacaq. Çünkü dövlətin nəzarəti və imkanları yüksəkdir. Maddi, texniki təminatla yanaşı, dərman preparatlarının bolluğu və həkim personalının çox olması ön tədbirləri görmək baxımından yetərli qədərdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar