Xəbər lenti
Müşfiq Məmmədli: "Vaksinasiya prosesini daha sürətli templə davam etdirməliyik"
Manevr.az sia-ya istinadla Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədlinin müsahibəsinin təqdim edir:
- Artıq 2 ilə yaxındır ki, koronavirusa qarşı mübarizə aparırıq. Yoluxmalarda, ölüm hallarında ümumi göstəricilər necədir?
- Bilirsiniz ki, 1-2 ay müddətində bütün qlobal məkanda, bütün dünya üzərində artım tempinin yüksəlməsinin müşahidə etdik. Çünki həqiqətən də həm yoluxmaların sayında, həm intensivliyində, həm də yaş qrupunda daha da genişlənməni biz müşahidə edirik. Bu da onu göstərir ki, artıq koronavirusun yoluxma sürəti artmışdır. Yoluxmanın ağırlaşması, xəstəliyin gedişində kəskinləşmənin və yaxud fərqli bir göstəricilərin orta statistik olaraq, o qədər də fərqli olmadığını biz müşahidə edirdik. Çox təəssüf ki, son bir neçə həftə ərzində Hindistandan alınan məlumatda və orada artıq yeni mutant virusun aşkar olunması, bir təhlükənin olması riskini göstərir. Hindistandakı xəstələrin vəziyyətinin ağırlaşması informasiyası hələ də tam təsdiqini tapmamış və orada bilirsiniz ki, həm əhalinin sayı, həm səhiyyə infrastruktrunun kifayətedici səviyyədə olmaması bu məlumatların dolğunluğuna hələ bir qədər şübhə yaradır. İstər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, istər digər səhiyyə qurumları tərəfindən bu barədə araşdırmalar aparılır. Yəqin ki, bir müddətdən sonra bu barədə fikir söyləmək olar. Ancaq bir fikri qəti söyləmək olar ki, yoluxmanın həm sürəti, həm də yoluxma sayının aşağı düşməsi artıq təsdiq olunub.
- Bu gün hər kəs tibbi maskalardan istifadə edir. Açıq havada da olsa belə tibbi maskalardan istifadə edir. Həftə sonları nəqliyyat işləmir. Metrolar bağlanıb. Bəs belə olan halda niyə virus hələ də artır?
- Biz yoluxmanın qarşısını bu metodlar əsasında müəyyən qədər almış oluruq. Amma biz bu prosesi tamamilə dondurmağımızdan ötrü müəyyən bir rəqəmlər var. İmmuniteti formalaşmış insanların faizlə nisbəti 70-80% olmalıdır. Bu immunitet xəstələnib sağalanların hesabına və vaksinasiya hesabına formalaşır. Vaksinasiyadan isə 40%-li nəticəni əldə etməliyik. Biz bu nəticəni əldə etdikdən sonra pandemiyanın aktuallığını itirməsi barədə fikir söyləməliyik. Hələ kifayət qədər cəmiyyətimizdə yoluxma potensialı vardır. Bu çox narahatedici bir məqamdır. Bu da o deməkdir ki, biz vaksinasiya prosesini daha sürətli templə davam etdirməliyik. Bununla bərabər vətəndaşlarımız vaksinasiya prosesində daha yaxından iştirak etməlidir. Biz istədiyimiz nəticəni 8 aya əldə etsək və yaxud həmin nəticəni 6 aya əldə etsək, bu zaman pandemiyanın aşağı düşməsinə nail olacayıq.
- Hələ də bir çox insanlar peyvənd olmaqdan imtina edirlər. Ümumiyyətlə insanlar ehtiyat etməlidirmi? Yoxsa sərbəst şəkildə gedib peyvənd olunmaları məsləhətdir?
- Peyvənd olunanlarda yüz mində bir ehtimal vardır ki, kimdəsə, hansısa yan təsiri olmuşdur. Bu yan təsirlər də çox azdır. Bizim ehtimallarla vaksinasiyadan imtina etməyimiz özümüzü, cəmiyyətimizi risk altında qoyur və pandemiyada istədiyimiz effektin alınmamasına gətirib çıxardır. Vaksinasiyada çox yaxından iştirak etmək lazımdır.
- Vaksinlər kimlərdə əks göstərişə səbəb ola bilər?
- Vaksinlərin əks götərişi bir neçə qrup əhalidə, bir neçə qrup insanda risk faktorudur. Bu faktor xroniki xəstəliyi olub, aktiv müalicə alanlarda özünü göstərə bilər. Bundan başqa onkoloji xəstələr kimyaterapiya alır. Qısa müddət ərzində kəskin cərrahi əməliyyat keçirmiş insanlar. Burada dediyimiz kimi, müxtəlif xroniki xəstəlikləri olanlar, hal-hazırda uzun müddətli dərman qəbul edən insanlar daxildir. Buna baxmayaraq, bütün insanların vaksinasiya olunması şərtdir. Hətta xroniki xəstəliyi olanlar, xroniki fazada olan insanların vaksinasiyası daha vacibdir, nəinki sağlam insanların vaksinasiyası. Çünki həmin insanlar tez yoluxa bilir və yoluxduqda xəstəliyi daha ağır şəkildə keçirir.
- 65 yaşdan yuxarı insanların vaksin olunması niyə vacibdir?
- Çünki həmin insanların immunitet sistemi zəifdir. Həmin insanların yoluxma riski çox yüksəkdir. Həmin insanların istər ağciyərində, istər ürək fəaliyyətində, istərsə də digər orqanlarında yaşla bağlı müəyyən bir problemlər vardır. Həmin insanlar yoluxduqda xəstəliyi çox ağır keçirir və ölüm ehtimalı yüksək olur.
- Açıq havada maska taxmağa necə baxırsınız? Bu orqanizmdə nə kimi oyanmamış xəstəliklərin büruzə verməsinə səbəb ola bilər?
- Əgər açıq havada təkbaşınayıqsa, bu zaman maskasız gəzmək olar. Lakin, açıq havada hərəkət edərkən ətrafdakı insanlarla təmasda oluruq. Təmasda olduğumuz insanların virus daşıyıcısı olması barədə xəbərdar deyilik. Risk altında qalmamaq üçün açıq havada maska istifadəsi lazımdır. Vaksinasiya prosesini sürətlə həyata keçirərək maskadan azad ola bilərik. Vaksinasiyadan əlavə, yoluxmanın sürəti də önəmlidir. Normal vəziyyətdə istifadə etdiyimiz tibbi maska 2-3 saat ərzində öz effektivliyini qoruyur. 2-3 saat sonra isə insanın öz tənəffüsü nəticəsində mikrob yaranır. Maskadan istifadə etdikcə əl təması ilə və ya hər hansı bir üsulla maskanı törədici mənbəyinə çeviririk. Xüsusən, əhalinin çox toplaşdığı yerlərdə istifadə olunan maska tez-tez dəyişdirilməlidir. İndi "Nano" texnologiyalar hesabına yeni maskalar yaranıb. "Nano" maskalar istifadədən sonra yuyula bilər. Çirkli maska insan sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Maskanın göy hissəsi ətrafdakı insanlara narahatlıq olduğu mesajını verir. Maska əks istiqamətdə taxılmalıdır. Tibb aləmində isə göy tərəf içəriyə, bəyaz tərəf isə xaricə doğru taxılmalıdır. Lakin, bunun sərt bir qaydası yoxdur.
Arzu Elsevərqızı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar