Xəbər lenti
Şəhidimiz dəfn olundu- ŞƏKİL/VİDEO

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu dəfn olunub.
Manevr.az xəbər verir ki, şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, dünən saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Bu zaman ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Xatırladaq ki, İ.Vəliyev Kəlbəcər rayon sakinidir və ailəsi hazırda məcburi köçkün kimi Zərdab rayonunda məskunlaşıb. 2001-ci il təvəllüdlü İ.Vəliyev ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
Kəlbəcər rayonunun Mollabayramlı kənd sakini olan İ.Vəliyev ailədə 3 bacı-qardaş olublar. Şəhidin özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var.
Vəliyevlər ailəsi 1993-cü ildən Zərdab rayon Su-Meliorasiya İdarəsinin binasında yaşayır. İ.Vəliyevin atası Ələmşah Vəliyev uzun müddətdir xəstəlikdən əziyyət çəkir.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar