Xəbər lenti
Zakir Həsənov gürcüstanlı generalla görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib.
Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant G.Matiaşvili hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































