Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tərbiyə ocağı, yoxsa çayxana? - Məktəblərdə nə baş verir?

Tarix: 28-01-2022 14:52     Baxış: 3225 A- / A+



Son günlər sosial şəbəkələrdə şagirdlərin dərs zamanı qeyri-etik davranışları ilə bağlı videogörüntülər yayılır. Belə hadisələrdən biri Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbdə olub. Şagirdlər sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar etməsi və dərsin təşkilində yol verdiyi nöqsanlara görə isə fənn müəlliminə töhmət, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün təqdimat verilib.
Bu gün isə daha bir video yayılıb. Görüntülərdə "İntellekt" məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışı əks olunur. Ötən gün isə Ağstafa rayon Aşağı Kəsəmən məktəbinin direktoru Mətanət Məmmədovaya aid səsyazısı yayılmışdı. Səs yazısını yayan tərəf direktorun rüşvət istədiyini bildirib.
Təhsil Nazirliyi baş verən hadisələrlə bağlı araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumatın veriləcəyini bildirib.
Bəs son günlər məktəblərdə qeyri-etik davranışların artmasının səbəbi nələrdir?
Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, bu kimi halların meydana gəlməsində səbəblər müxtəlif ola bilər. Şagirdlər günün böyük hissəsini evdə ailələrinin yanında keçirirlər. Məktəbdə heç bir şagirdə bu cür rəftar təlqin olunmur.
"Məktəb təhsil müəssisəsi olmaqla yanaşı, həm də tərbiyə ocağıdır. Biz tez-tez unuduruq ki, ümumiyyətlə, hər bir uşağın formalaşmasında, inkişafında ailə birinci yer tutur. Burada şagirdin mühiti, əhatəsində olan insanlar da mühüm rol oynayır. Lakin düşünürəm ki, bu əhatəni də idarə edən ailədir. Şagirdin dərs zamanı qeyri-etik davranışlar sərgilədiyi həmin o görüntülərə nəzər salsaq, görərik ki, bir şagird yox, bir neçə şagird, bütövlükdə sinfin böyük əskəriyyəti o prosesdə iştirak edir. Müəllim, məktəb direktoru, psixoloq, valideyn komitələri də işlərini düzgün yerinə yetirmirlər. Belə hadisələrə birmənalı qiymət vermək mümkün deyil. Çünki valideynlər məktəbin idarə olunmasında lazımı şəkildə iştirak etmirlər. Onlar məktəb idarəçiliyinin vacib subyektləri kimi məktəblə təmasda olmalıdırlar. Görünən odur ki, tərbiyə prosesində boşluqlar var."
O həmçnin əlavə edib ki, son dövrlərdə ümumiyyətlə cəmiyyətin məktəbə, təhsilə aqressiyası müşahidə olunur, lakin cəmiyyət anlamalıdır ki, təhsil elə bir fəaliyytət növüdür ki, burada heç kim kənarda dayan bilməz.
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, cəmiyyətdə müəllim-şagird və ya müəllim-tələbə münasibətləri həmişə aktual olub və bu, indi də davam etməkdədir.
Ekspert bildirib ki, hazırda ən ciddi problem çətin idarə olunan şagirdlərin cəzalandırılması ilə bağlıdır. Müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Nəinki müəllim, şagirdin həmyaşıdı da, onun valideyni də bu hüquqa sahib deyil.
"Diqqəti dərsdən yayınan, eləcə də, nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var. Mən çox təəssüf edirəm ki, bizim ali təhsil müəssisələrində, müəllim kimi yetişən kadrlar, ancaq öz ixtisaslarını öyrənirlər. Müəllimə həm də sinif daxili idarətmə üsulları öyrədilməlidir. Qərbdə müəllim kimi hazırlanan kadrlar ilk kursdan məktəblərə göndərilirlər. Onlar müəllimliyi birinci kursdan sonadək məktəbdə öyrənirlər. Praktiki olaraq müəllim kimi yetişdirilirlər. Bizdə isə müəllimlər ancaq öz ixtisasları üzrə nəzəri biliklərə yiyələnirlər. Hansı ki, o səriştələr müəllimə ilk kursdan öyrədilməlidir. Bu səriştələr aşılanarsa, müəllim sinifdə diqqəti dərsdə olmayan, zəif oxuyan, nadinc şagirdin diqqətini dərsə cəlb etməyi bacaracaq. Çox təəssüf edirəm ki, bizdə bu məsələ arxa planda qalıb. Nəticədə isə hələ də, ümumtəhsil müəssisələrində mənfi hallara rast gəlinir", - deyə o əlavə edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar