Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Əyani təhsilə keçsək də, distant təhsilə diqqəti azaltmamalıyıq”-Sədr müavini qərarlardan DANIŞDI

Tarix: 13-09-2021 12:14     Baxış: 3195 A- / A+
“Əyani təhsilə keçsək də, distant təhsilə diqqəti azaltmamalıyıq”-Sədr müavini qərarlardan DANIŞDI


9 sentyabr 2021-ci il tarixində Təhsil naziri Emin Əmrullayevin ali təhsil müəssisələrinin rektorları ilə görüşü keçirilib.

Görüş zamanı universitetlərdə ənənəvi dərslərin təşkilini və davamlılığını təmin etmək üçün tətbiq olunacaq qaydalar müzakirə edilib.

Bəs ali təhsil müəssisələrində hansı məhduduiyyət və qaydalar tətbiq edilə bilər?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov mövzu ilə bağlı açıqlamasında görüşün bir çox baxımdan zərurui və faydalı olduğunu bildirib:

“Hər şeydən əvvəl onu qeyd edim ki, Təhsil Naziri Emin Əmrullayevin ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüşü, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyətin müzakirə edilməsi və bununla bağlı təkliflərin dinlənilməsi, təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və ümumi rəyin öyrənilməsi baxımından zəruri və faydalıdır. Məlum olduğu kimi, bir müddət öncə keçirilən mətbuat konfransında da ali məktəblərdə müəyyən məhdudiyyətlər, o cümlədən auditoriyalarla bağlı limit tətbiq ediləcəyinin anonsu verilmişdi”.

Sədr müavini ənənəvi təhsilin davamlılığının müəyyən edilmiş qaydalara düzgün riayət olunmasına bağlı olduğunu vurğulayıb:

“İstər orta ümumtəhsil məktəblərində, istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması, heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir. Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yəqin ki, yaxın vaxtlarda rektorlarla görüşün nəticələri də nəzərə alınaraq ictimailəşəcək “Qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq”.

Sədr müavini qeyd edib ki, əyani təhsilə keçsək belə distant təhsilə diqqəti azaltmamalıyıq:

“Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır. Nazirin də açıqlamalarının birində qeyd etdiyi kimi “Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”. Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, üz-üzə (əyani) təhsilə keçsək belə, məsafədən (distant) təhsilə diqqəti azaltmamalıyıq. Məlum olduğu kimi, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Təhsilin distant forması xüsusilə ali məktəblər üçün xarakterik olub, müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir”.

O, növbəti tədris ilində xüsusi diqqət edilməli məqamları sadalayıb:

“Göründüyü kimi hər şey yoluxmanın növbəti eniş və yüksəliş tendensiyasından asılı olacaq. Bunun üçün hər hansı bir proqramın qəbul edilməsinə və ya müvafiq islahatın həyata keçirilməsinə ehtiyac görmürəm. Sadəcə olaraq, proseslərin gedişatını nəzarətdə saxlamaq, yeni çağırışlara hazır olmalıyq. Ən ümdəsi isə 2 ilə yaxın bir müddətdə qazanılmış təcrübə ümumiləşdirilməli, aidiyyatı qaydalar təkmilləşdirilməlidir. Ali və orta ümumtəhsil məktəblərində İKT baçarıqlarının inkişaf etdirilməsinə diqqət artırılmalı,təhsil alanlara informasiyaları çap materiallarını, elektron materialları müstəqil öyrənməyi öyrətməli, yerlərdə internetə və internet tariflərinə əlçatanlıq təmin edilməli, internetin sürətində olan məhdudiyyətlər aradan qaldırılmalıdır”.

Sədr müavini vaksinasiyanın əhəmiyyətinə diqqət çəkib:

“Əgər ənənəvi adlandırdığımız əyani təhsilin davamlı və dayanaqlı olmasını istəyiriksə, onu da nəzərə almalıyıq ki, Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir. Heç də təsadüfi deyil ki, Təhsil Nazirliyi təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırıb”.“AzEdu.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar