Xəbər lenti
Niyə heç bir abituriyent 700 bal toplaya bilmədi?
Bu il 700 bal toplayan olmadı, gələn il olar. 700 bal məsələsi ətrafında ajiotaj yaratmağa heç bir lüzum görmürəm. Ümumiyyətlə, təkcə ali məktəblərə qəbulun nəticələrinə əsaslanaraq təhsilin keyfiyyətinin aşağı düşməsi barədə nəticə çıxarmağın özü də düzgün yanaşma hesab oluna bilməz.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a təhsil eksperti Nadir İsrafilov ali məktəbə qəbul imtahanlarının nəticələri barədə danışarkən deyib.
“Düzdür, cəmiyyətin və təhsil alanların təhsil sisteminə sosial tələbi keyfiyyətli təhsildir. Bununla belə təhsilin keyfiyyətinin bir-iki ilin nəticələri ilə ölçülməsi, neçə məzunun ali məktəbə daxil olması, neçə abituriyentin yüksək bal toplaması ilə dəyərləndirilməsi də bizim mentalitetdən irəli gələn haldır. UNESKO-nun tərifinə əsasən, təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 arasında bal toplaması ilə ölçürük”, - ekspert deyib.
N.İsrafilov pandemiyanın digər sahələrə olduğu kim təhsilə də təsirsiz ötüşmədiyini bildirib:
“Buna baxmayaraq, zəif göstəriciləri bilavasitə pandemiya ilə əlaqələndirmək ədalətsizlik olardı. Pandemiyasız illərdə də 700 ballıq nəticə göstərənlərimiz olmayıb. Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayanlar 2007-ci ildə qeydə alınıb. 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti il ən yuxarı nəticə göstərən olmayıb. Bu kimi hallar ayrı–ayrı illərdə kurikulumların tətbiqi, qəbul qaydalarının dəyişdirilməsi, yeni imtahan modelinə keçid, hansısa ilin buraxılışının zəif göstəricilərı, bir il imtahana asan, növbəti il çətin sualların salınması və bir çox digər amillərlə əlaqədardır.
Əslində pedaqoji nöqteyi-nəzərdən və klassik “5 ballıq” şkala üzrə qiymətləndirmə baxımından 550 baldan yuxarı nəticə göstərən abituriyentləri bir-birindən fərqləndirmək də düzgün deyil. Təhsildə tarazlığı təmin etmək üçün bir az da 0 bal qalsın bir yana, 100-200 ballıqlara diqqət yetirsək, təhsili həm eninə, həm də dərininə inkişaf etdirmiş olarıq. Zaman keçdikcə boşluq olan sahələr üzə çıxacaq və təkmilləşmə prosesi davam edəcək”.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplamayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar