Xəbər lenti
Nadir İsrafilov:"Növbəti MİQ imtahanlarında mütləq bu yeniliklər tətbiq edilməlidir"
“Növbəti MİQ müsabiqəsində qəliz suallar əvəzinə, praktiki tapşırıqlara daha geniş yer verilsin”.
Manevr.az xəbər verir ki, bu sözləri azedu az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.
O, qeyd edib ki, bu kimi hallar ayrı-ayrı vaxtlarda, təkcə MİQ-ə deyil, DİQ-ə, DQ-yə, hətta, hələ başlanması nəzərdə tutulan sertifikasiyaya münasibətdə də baş verib:
“Məsələni bu dərəcədə dramatikləşdirmək müəllim adına başucalığı gətirmir. Yaranan vəziyyətə ən yüksək səviyyədə reaksiya verilib. Nazir sosial mediada narazılıqlardan məlumatlı olduğunu, test tapşırıqlarının müqayisəli təhlilinin aparılaçağını, müvafiq qərarların qəbul ediləcəyini və ictimaiyyətə açıqlanacağını bildirib.
Həmçinin, Təhsil İnstitutu tərəfindən imtahan mərhələsində istifadə edilən sualların elmi-statistik təhlili aparılıb, çətinlik dərəcəsi müəyyən edilib. Nazirlik tərəfindən narazı qalan müəllimlər üçün təkrar imtahanların keçirilməsinə dair tapşırıq verilib, təkrar test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib və s”.
Sədr müavini "Müəllimlərin oxu sürətinin aşağı olması sualların çətin olduğu təəssüratını yaradır" fikrinə də münasibət bildirib:
“Sürətli oxu I-IV sinif şagirdləri üçün xarakterik anlayışdır. Belə ifadəni müəllimlərə, müəllim olmaq arzusunda olanlara şamil etmək onları aşağılamaqdır. Bəlkə də, müdavimlərin böyük əksəriyyətini qıcıqlandıran məhz bəzi rəsmilər tərəfindən vəziyyətdən çıxış yolu kimi yaranan situasiyanı sualların çətinliyi ilə deyil, məhz bu arqumentlə əlaqələndirməsi olub. Əbəs yerə deyil ki, bir çox şərhlərdə haqlı olaraq, qeyd edilib ki, “sualların özünü belə, oxumaq üçün ortalama dəqiqə yarımdan artıq vaxt tələb edilir. Nəzərə alanda ki, dəqiqə yarım sualı oxuyursan, sonra onun üzərində düşünüb cavab axtarırsan, belə vəziyyətdə (60 sual üçün 90 dəqiqə verilir) bu müddətdə bu qədər sualı çatdırmaq mümkündürmü?”
Bir də ki, hara tələsirik axı 60 sual üçün 90 dəqiqə deyil, 120 dəqiqə versək əksiyimiz çıxacaq ki...? Mətni oxumaq, onu təhlil edib, el dilində desək “beynində bişirib”, müəyyən nəticə çıxarmaq üçün hər çür stressdən azad olmalısan. Elə hər şeyi tələsə-tələsə oxuduğumuzdan, heç oxuduqlarımızı da düz-əməlli anlamamışıq. Hər şeyin bir həddi-hüdudu olmalıdır, ya yox…? Bu “imtahan-imtahan oyunu” ilə müəllimlərin əsəblərini tarıma çəkmək bu qədərmi qaçılmazdır…? Yəni heç fikirləşmirik ki, bu yolla təhsilin inkişafı üzrə Dövlət Strategiyasının hədəflərinə zidd olaraq müəllimin olan qalan nüfuzunu da zərbə altına qoya bilərik...? Biz heç bu qədər imtahana çəkilməməklə peşəkar təhsil işçisinə çevriməmişik Bizim nəslin bir çox nümayəndələri cəmi iki imtahan – ali məktəbə qəbul və o zamanlar Dövlət imtahanı adlanan buraxılış imtahanı verməklə ən yüksək titullara layiq bilinib, yüksək nüfuz sahibi olmayıblar...?”.
Nadir İsrafilov növbəti MİQ müsabiqəsi üçün bir sıra yeniliklər təklif edib:
“Hesab edirəm ki, MİQ-lə bağlı bu olaylar işə qəbulun təkmilləşdirilməsi üçün daha optimal variantın seçilməsinə yeni impuls verəcək. Yaxşı olardı ki, növbəti imtahanlarda qəliz nəzəri suallar əvəzinə, praktiki tapşırıqlara daha geniş yer verilsin. Müəllimlik peşəsində nəzəriyyə “nə” sualına cavab verirsə, onun metodikası “necə” sualına əsaslanır. Nəyi bilmək nə qədər əsasdırsa, onu neçə çatdırmaq da bir o qədər də əsasdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar