Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur professor: “Dəmir sədd çəkib uşaqların ali məktəblərə daxil olmasına imkan vermirlər”

Tarix: 31-07-2021 21:53     Baxış: 3225 A- / A+
Məşhur professor: “Dəmir sədd çəkib uşaqların ali məktəblərə daxil olmasına imkan vermirlər”

Ötən günlərdə II və III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. Bu il də 700 bal toplayan şagirdlər olmadı. Bütün fənnlərdən yüksək nəticə göstərən abituriyent sırf Riyaziyyat fənninə görə istədiyi nəticəni əldə edə bilməyib. Bu səbəbdən də Riyaziyyat fənnindəki sualların çətinliyi ilə bağlı çoxlu şikayətlər daxil olub. Çünki III ixtisas qrupuna hazırlaşan bəzi abituriyentlərin əksəriyyəti Riyaziyyat fənnini zəif bilirlər. Bəzən sırf bu səbəbdən III ixtisas qrupuna üz tuturlar. Lakin tam əks bir vəziyyətlə qarşılaşıblar. Suallar çox çətin düşüb.

Maraqlıdır, görəsən riyaziyyat fənni III ixtisas qrupundan çıxarıla bilərmi? Qəbul imtahanlarında sualların nisbətən asan tərtib edilməsi mümkündürmü? Fənnlərin 5-dən 3-ə salınması nəzərdə tutulurmu?

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov sovet dönəmində imtahanların daha ciddi olduğunu bildirib:

“Çünki sovet dönəmində kolxoz, sovxoz, zavod var idi. Hər 100 uşaqdan 33-nü kolleclərdə və ya universitetlərdə oxudurdularsa, yerdə qalan 67-ni zavodda, sovxozda, kolxozda işləməyə yolla salırdılar. Ona görə də imtahalar ciddi götürülürdü. 50-ci və 60-ci illərdə daha ciddi idi. Sonrakı dövrdə isə tapşırıq, pul rol oynayırdı. Burada əsas məqsəd o idi ki, hər bir uşaq ali məktəbdə oxumasın. Çünki o zaman zavod, fabrik, kolxoz boş qalardı. Bu səbəbdən də imtahanlar ciddi olardı”.

Ekspertin fikrincə, bu dövrdə ciddi imtahana ehtiyac yoxdur:

“Azərbaycanda hazırda kolxoz, sovxoz demək olar ki, heç zavod da yoxdur. Sovet dövləti hər 100 uşaqdan 33-nü ali məktəb və ya kollecdə oxudurdusa, onları yataqxana, təqaüdlə təmin edirdi. Təhsillərini bitirəndən sonra isə işləmək üçün təyinatları da verilirdi. İndi təyinat da, yataqxana da, zavod da, sovxoz da, kolxoz da yoxdur. Bu zaman da ciddi imtahana qətiyyən ehtiyac yoxdur. Bəzi istedadlı gənclərimiz sırf bu imtahanların çətinliyinə görə gedib xaricdə təhsil alırlar və geri qayıtmırlar. Bunu itirilmiş gənclik adlandırmaq olar”.

Ş.Əsgərov sözlərinə görə imtahanlar yumşaldılmalı, 700 bal toplayanların sayı artmalıdır:

“10-15 faiz uşaqlar var ki, əqli cəhətdən ali məktəbə çata bilmir. Riyaziyyatı, fizikanı, kimyanı dərk edib, qavraya bilmir. Bunların da ali məktəbdə oxumağa ehtiyacları yoxdur. Lakin biz uşaqları oxutmaq istəyiriksə, 100 faizdən 75-ni oxuda bilərik. Əgər 60-dan, 70-i oxuyursa, 10 faizdən ötrü ciddi imtahan aparmağa ehtiyac yoxdur.

Bu səbəbdən də imtahanlar yumşalmalı, 700 bal toplayan şagirdlərin sayı 100-lərlə olmalıdır. Çünki yumşalsa onların sayı getdikcə artacaq. Və ağlı başında, dərakkəsi olan bütün uşaqları biz ali məktəblərdə oxutmalı, onları yüksək həyata hazırlamalıyıq. Lakin ali məktəblərə dəmir sədd çəkib uşaqların qəbul olmasına imkan vermirlər. Bu tamamilə absurddur. İmtina etmək lazımdır”. yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar