Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

MİQ imtahanındakı suallar narazılıq yaradıb: “Müəllimlərə təyinat verilməldir”

Tarix: 25-07-2021 21:24     Baxış: 3877 A- / A+
MİQ imtahanındakı suallar narazılıq yaradıb: “Müəllimlərə təyinat verilməldir”

“Bir müddət əvvəl təhsil naziri Emin Əmirullayev Milli Məclisdə DİM-in keçirdiyi buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının ağırlıq səviyyəsi və məzmunu ilə bağlı haqlı narahatlığını ifadə etmişdi. İndi isə Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında istifadə olunmuş suallar ilə bağlı böyük və ciddi narahatlıq və narazılıq var. Kim deyir ki, müəllimlərin işə qəbulu imtahanla olmamalıdır bu öz diplomuna inamsızlıqdır, bu yanlışdır. Çünki imtahan iştirakçısı azı 60 min, vakansiya isə 8 min olur. Bu qədər şəxsi obyektiv və ədalətli qəbul etmək lazımdır”.

Manevr.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov MİQ imtahanındakı suallarla bağlı son günlər aparılan müzakirələrlə bağlı deyib.

Ekspert problemin həlli yollarından danışıb:

“1. Biz bilməliyik ki, imtahanı niyə keçiririk, necə keçiririk və hansı bilik və bacarıqlara sahib müəllimi axtarırıq. Son 7 ildə keçirilən MİQ imtahanında bu sualın cavabını görmürük. Yalnız daha çox yadda saxlama qabiliyyəti olan, yəni əzbərçi bir də repititor kimi fəaliyyət göstərənlər uğur qazanıb. Təhsil Nazirliyinin axtardığı müəllim budurmu? İmtahan və test nədir? Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Biz Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda bu kompetensiya və alətləri görmürük”.

Ekspert bildirib ki, pedaqoji ixtisaslar üzrə qəbul plan yerləri 60 faiz azalmalı, yalnız müəllimlik ixtisasları dövlət sifarişli (pulsuz) olmalıdır və pedaqoji kadrları maksimum 3 universitet hazırlamaldır: “Bundan sonra məzunları birbaşa təyinat ilə işə göndərmək lazımdır”./cebhe.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar