Xəbər lenti
Yüksək maaş alan müəllimlər gündə 10 saat işləyəcək?
Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. İndiyədək keçirilən prosesdə bir çox fənn müəllimləri iştirak edib. Sertifikasiya çərçivəsində pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunurlar.
Müəllimlərin sertifikatlaşdırılmaya cəlb edilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşlarına 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcək.
Son dövrlərdə sertifikasiyadan yüksək bal toplayan müəllimlərin dərsdən sonra əlavə məşğələ prosesinə cəlb ediləcəyi barədə iddialar dolaşır. Belə ki, yaxşı nəticə göstərən və yüksək əməkhaqqı alan müəllimlərin dərsdən əlavə, zəif nəticə göstərən şagirdlərin hazırlığı prosesinə cəlb olunacağı, digər həmkarlarından fərqli olaraq gündəlik səhərdən saat 18:00-dək çalışacağı gözlənilir.
Belə bir praktikanın tətbiqi repetirorluqdan asılılığın nisbətən azaldılmasına yardım edə bilər. Nəticədə həm müəllimlər yüksək maaş alacaqlar, həm də valideynlər əlavə repetitor xərcindən xilas olacaqlar...
Bəs hazırda bu cür təşəbbüsün reallaşdırılması mümkündürmü? Müəllimlər əlavə dərs prosesinə cəlb edilə bilərmi?
Manevr.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov modern.az-a bildirib ki, şagirdlərin dərs yükü ilə bağlı müəyyən mexanizmlərin dəqiqləşdirilməsi vacibdir.
“Qeyd etmək lazımdır ki, məktəblərdə həm müəllimlərin, həm də şagirdlərin fəaliyyəti qanun-qaydalara əsasən tənzimlənir. Bu baxımdan belə məsələnin olması diqqət çəkir, bu yanaşmada müəllimlərin şagirdlərə daha çox vaxt ayırmasına, onların yetişməsi üçün çalışmasına səylər göstərilir. Əsas hədəfin, məqsədin bu olduğu bildirilir. Müəllimlərin şagirdlərlə çox işləməsi, daha çox vaxt və diqqət ayırması təqdirəlayiq və bəyənilən işdir. Amma hesab edirəm ki, müəllimlərin fəaliyyəti və şagirdlərin dərs yükü ilə bağlı mexanizmlərin dəqiq olması, işlənilməsi də xüsusi əhməmiyyət daşıyır. Bu önəmli məqamı nəzərə almalıyıq. Bir tərəfdən şagirdlərin biliyinin artırılması ilə yanaşı müəlimlərin də fəaliyətinin müvafiq qanuvericiliyə uyğun tənzimlənməsi məsələsi diqqətdə saxlanılmalıdır”, - deyə parlamentari vurğulayıb.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, yeni yanaşma müəllimlərin iş və şagirdlərin dərs yükü ilə uyğunlaşmır.
“Hazırda 4432 orta ümumitəhsil məktəbində 150 minə qədər müəllim çalışır. Hər bir müəllim təhsil müəssisəsində fəaliyyətə başlayanda onlarla əmək müqaviləsi imzalanır. Müqavilənin tələblərinə əsasən hər bir işçinin müəyyən edilmiş vaxt ərzində təhsil müəssisəsində olması ilə bağlı günlük iş norması var. Düzdür, Əmək Məcəlləsində xüsusi hal kimi müəllimlər nəzərdə tutulmur. Müəllimlər təbii ki, orta ümumtəhsil məktəblərində dərsi başa vurduqdan sonra öz işlərini bitirmiş hesab edirlər və gedirlər".
Ekspert qeyd edib ki, qanunvericilikdə müəllimlərin fəaliyyəti ilə bağlı müəyyən boşluqlar var. O fikirlərini bu cür əsaslandırıb:
“Əmək Məcəlləsində təhsil işçiləri il bağlı fərqli yanaşma olmalıdır. Necə ki, xüsusi təyinatlı təhsil müəssisələri, xüsusi xidmət orqanları, hərbçilərlə bağlı əmək məcəlləsi fərqlidir. Hesab edirəm ki, təhsil işçiləri ilə bağlı fərqli olmalıdır. Əgər müəllimlər sertifikasiyada iştirak edib, yüksək bal toplayırlarsa, onların əməkhaqları artır. Onlar tam ştatlı işçi hesab olunur. Hətta sertifikasiyadan əvvəl belə direktor müəllimin saat 09-dan 18:00-a qədər məktəbdə olmasını tələb edə bilər. Burada qanunvericilikdə hər hansı pozuntu yoxdur. Çünki, müəllimlə əmək müqaviləsi tam ştatlı olaraq imzalanır".

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar