Xəbər lenti
Zamanın barıt qoxulu əlləri

Vətən uğrunda 44 günlük qürurlu savaşın dönəmini yaşayırıq. Həm iftixar, həm göz yaşı ilə yadda qalan bu günlərə mənfur yağının törətdiyi terrorlar da daxildir. Ön cəbhə üçün narahat olduğumuz bir vaxtda xain düşmənin arxa cəbhə planı həyata keçmiş və Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə qanlı terror hadisəsi törədilmişdir.
Həmin günü mən yalnız uşaqların acısını canımda çəkərək yaşayırdım. Nilayın, Ömərin ağrı-acısı, qucağında kəfənli körpəsini ağlayaraq öpən atanın göz yaşı olmaq istədim. Beləcə sanki bir anın içində qayğıya, sığala dönmək istədim. Haraydan, sədadan boylanan həmin terrorun tək qurbanı olmaq keçdi ürəyimdən.
Dünyada ömürboyu insanın ən dəyərli varlığı övlad sayılıbdır. Türk üçün isə övlad onun qisas yeri, can yuvası, and ünvanı olubdur. Tomrisin Kiri öldürməsi kimi...
Bu gün biz savaş ağrısı ilə böyüyən bir gələcək yetişdiririk. Eynən atamın Qarabağ savaşında atdığı topların səsini xatırlayan mən kimi...Uşaqlığı dağıntılar arasında, mərmi səsindən, top atəşindən savayı bir səs eşitməyən, bir mənzərə görməyən bir keçmiş vardı. Biz keçmişimizlə böyüdük. Elə Gəncə terroru yaşamış uşaqlar da, şəhid övladları da bizim kimi öz unudulmaz keçmişi ilə böyüyəcəkdir.
Bir vaxtlar əlində taxta avtomat tutub müharibə oyunu oynamağı maraqlı bilməyən, bu gün qorxunun gözünün içinə dik baxmış bir gələcək bilməlidir ki, biz onlar üçün nə etsək də alınan bir udumluq nəfəsin varlığı qədər olmayacaq.
Lakin çox gözəl bilirik ki, onlar bu Vətəni canlarında, qanlarında sevgi ilə yaşayıb və heç vaxt yazdıqları tarix unudulmaz.Biz birlikdə güclü olmaq üçün caba göstərib qalib gələn xalqıq. Uşaqlığında böyüyən uşaqlar və uşaqlığında torpaq olanlar bu Vətən elə əvəzsiz qəhrəmanlarımızdır.
Birinci Qarabağ savaşı dönəmində böyümüşəm. Çətin və qayğısız uşaqlıq illərində...Heç yadımdan çıxmaz oyuncağım olmadığı üçün hansısa bir parçalardan gəlincik düzəldərdi anam mənə. Bütün günü mərmi, top səsləri altında oynayar, elə o səslə də yatardıq gecələr. Bir dəfə belə olsun düşünməzdik ki, biz buralı deyilik, niyə öz rayonumuza getmirik? Çünki o dövrdə belə biz Vətəni Qarabağ bilirdik. Vətənin atamın yanı olduğunu zənn edərdik. Elə öyrətmişdi bizə həmin böyük ürəkli insan, atamı deyirəm.
İndi övladım Rəsul həyətə oynamağa düşsə yüz dəfə boylanıb baxıram ardınca ki, əlinə tikan batar, şüşə kəsər... O zaman biz mərmi də tapsaq qorxmazdıq. Qorxunun gözünə dik baxırmışıq...
Atamın əlləri həmişə barut qoxardı, üstündə torpaq ləkələri olardı. Əlləri elə bərk və qabarlı idi ki, hec zaman anlamazdım. Amma indi elə gözəl anlayıram ki, o qabarın əslində Vətənin izi, sevgi, eşq, torpaq olmasını.
Zaman ən böyük güzgüdür...
Günel Nazim
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar