Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Afi Canla "Könül yolçuluğu"...

Tarix: 22-08-2021 10:06     Baxış: 4281 A- / A+
"Könül yolçuluğumuz" Afi Canla davam edir. A. Can 1984-cü ildə İstanbulda doğulub. Təqaüdə çıxmış hərbçidir. Fəthiyədə yaşayır. Roman və hekayələr yazır.

Afi Canla "Könül yolçuluğu"...

EYNİNƏ ALMAMAQ

Eynimə almamağım, anlamıram demək deyildiir.

O günü yaxşı xatırlayıram. 2020-ci ilin sonlarıydı. Qlobal istiləşmə səbəbindən dünya fəlakətlər və xəstəliklər arasında get-gəldə idi. XX əsrin müharibələri yerini XXI əsrdə amansız xəs-təliklərə və bəlalara vermişdir. Yer üzündə heç nə öz qaydasında getmirdi. Hər cəhətdən ağrı-larla dolu bir dövr idi. Dünyada demokratiya adı altında yüzlərlə fırıldaqlıqlar hökm sürməyə başlamışdı. Güc vasitələrini ələ keçirənlər paylaşmaq, ya da ədaləti təmin etmək əvəzinə, bu gücü zəiflərə qarşı üstünlük qazanmaq üçün istifadə edirdilər.

Əqidə çöküşüylə bərabər, əxlaqi çöküş də ən görkəmli saraylardan, ən kasıb daxmalara qə-dər girmişdir. Zəmanə şairlərinin ən tanınmışları nağıllar aləmində yaşayır, olmayan hekayələr yazırlar. Zalımlara mədhiyyələr yazır, əvəzində bəxşişlər alırlar. Bu cür şairlər alçaqcasına xal-qı manipulyasiya edirlər. Yalnız bir neçə şair və yazar küçədəki uşağın üşüyən ayaqlarından bəhs edir, ədalət olmasa belə ədalətsizliyin bir həddə qədər olmasını istəyirlər. Onların da cılız səsləri olduqları mühitdən uzağa gedə bilmir. Elə mən də bu məqsədlə onların sırasına qatıl-maq üçün yazmaq istəyirəm. Tək silahım sözlərim ola bilər. Hər şeydən üstün tutduğum yaşa-maq haqqını oğurlayan hər hansı bir hərəkətə dəstək verməyimdən söz belə gedə bilməz.

İnsanların bu gün işlərinə yaramadığı üçün bir kənara atdıqları inanclarını, ümidlərini və vicdanlarını bəlkə xatırlada bilərəm ümidiylə yazır və var gücümlə yel dəyirmanları ilə döyüş-məyə davam edirəm. Elə bu düşüncələrimlə yeni-yeni yollar axtarıram.

Yaddaşım məni yanıltmırsa, noyabr ayının ilk çərşənbəsində telefonuma zəng gəldi. Zəng edən yazıçılıq karyeram üçün böyük ümidlərlə tanış olduğum Turan adlı bir ədəbiyyatçı idi. Turan müəllim yumşaq xasiyyətli, sakit bir insan idi. Saçları seyrəlsə də, çox arıq olmayan, bu adam yaşına görə baxımlıydı. Sakit və ləng danışırdı.

Telefonu açdım, mənə məqam sahibi bir nəfərin yeni çıxan kitabıyla bağlı söhbət edəcəyi-mizdən bəhs etdi. Xoş niyyətli idi. Yazar və şairlərin bir araya gəlməsindən məmnun olurdu. Danışığından bunu hiss etmişdim.

Anlaşdığımız vaxta hələ beş saat vardı. Əynimi geyinib çıxdım. Yollar həddindən artıq boş idi. Bunda televizorlarda davamlı olaraq, korona virusun sürətlə yayıldığından bəhs edil-məsinin rolu böyük idi. İnsanlar həyatları üçün qorxsalar da gəlirləri olmadığından gələcək üçün də narahat idilər.

Bütün bu düşüncələr içində görüş yeri olan şirniyyat evinə gəlib çatmışdım. Digər iştirak-çıların gəlməsinə yarım saat var idi. Özümə südlü kofe sifariş edərək, qısa bir müddət orada gözlədim. İki masa o tərəfdə çox danışmağından vəkil olduğu bilinən bir adam üç gənci çənəsi-nin altına salmışdı. Gənclər canla-başla bu adama qulaq asırdılar. Yəqin ki, işlərinə yarayacaq önəmli bir adam idi. Bir müddət sonra Turan müəllim pilləkənlərdə göründü. Arxasınca da sı-rayla digər qonaqlar gəldi. Əvvəlcə Sansar dedikləri bir başqa ədəbiyyatçı gəldi. Yanında gənc bir xanım vardı.

Ən sonda bir vəzifəli adam yanında yoldaşı ilə birlikdə pillələri aramla qalxdılar. Hamı səmimi olmayan təbəssümlərlə bir-birinə baxırdı. Bədii cəhətdən heç bir dəyəri olmayan ki-tablardan və şeirlərdən bəhs edirdilər. Heç biri onlara hədiyyə edilən kitabı oxumamışdı. Ön söz və son sözdən çıxartdıqları mənaları dəyərləndirir və çox yaxşı bir əsər olduğundan bəhs edirdilər. Mənim də bu oyunu oynamağımı istəyirdilər. Bacara bilməyəcəyimi elə ilk dəqiqələr-dən anlamışdım. Fikirləri boş olan bu insanların içləri də boş idi.

Danışıqların çoxusu müdir bəyin şəxsi və rəsmi həyatına dair idi. Qəhvəyi bığlı, heç güvəniləsi in-san təsiri bağışlamayan bu adamın Yetimlər Evində səlahiyyətli bir dövlət işçisi olduğunu asanlıqla öy-rəndim. Bürokrat idi. Ona əmanət edilən uşaqları dövlətin malı olaraq, gördüyü açıq-aşkar hiss olunur-du. Dövlətin arxasında gizlənmiş bir qorxaq təsiri bağışladı mənə. O an bu adama olan bütün hörmətim itdi. Gözümdə dəyərsiz bir ət yığınına çevrildi. İçimdə ona qarşı yaranmış qəzəbi biruzə vermək üçün yollar axtardım. İnsanların üzlərinə xoşlarına gəlməyən şeylər söylədiyinizdə məntiqsiz davranırlar, ona görə də nəsə demədən əvvəl masadakı hər kəsi süzdüm. Çoxunun baxışlarında eyni şeyi gördüm. Boş yemək qabının önündə yemək üçün gözləyərkən, gözlərinizin içinə baxan ac itlərə məxsus parılda-ma var idi gözlərində. Sansar mənimlə eyni masada əyləşmiş olmaqdan narahatlıq keçirdi deyəsən, gözlərini süzdürə-süzdürə hərdən mənə baxır, ürəyində mənə - “hardan gəldi bu nə olduğu bilinmə-yən küçə avarası” - deyirdi. Halbuki, özü də avaralığı ilə öyünmək istəyən, aldığı zərbələrdən ruhu xa-rabalığa çevrilmiş bir uşağa dönmüşdü.

Turan müəllimin danışarkən intonasiyasına göstərdiyi həssaslığı laqeyd davranışları ilə sərgiləməyə çalışırdı. Çünki ətrafa özünü bilgili biri olaraq tanıtmağı seçmişdi. Halbuki qorxa-ğın biriydi. Qələmi belə əlinə qorxusundan aldığı məlum idi. Heç bir reallığı müdafiə edə bil-məyəcək qədər aciz idi. Gündüzlər sərsəri imicini təzələmək üçün içdiyi ucuz araqlardan beyni sulanıbmış kimi bir halı var idi. Daha da qəribəsi yaxın əhatəsini bu axmaqlığa alışdıran biri olmasıydı. Bir neçə söhbətdən sonra “Yox bir,sərsəriymiş, belə qorxaq sərsəri olar?”- deyəcək-dim, özümü saxladım. Buna yaxın şeylər söylədim. Mənə olan qıcıqlığı daha da şiddətləndi, masada qalxıb, xudahafiz belə demədən getdi.

Vəzifəli bəydə də mənə qarşı qıcıq hissinin yarandığını hiss etdim. Masada ona hörmət gös-tərməyən tək adam mən idim.

Danışdığı cəfəngiyatları təsdiqləməməklə yanaşı tutarlı bir şey yazmadığını da açıq şəkildə dilə gətirmişdim. Bunu üzünə söyləməyimin səbəbi ciddi bürokrat və dövlət xadimi olduğun-dan ağlına gələn hər şeyi yaza bilməyəcəyini deməyi idi. Ay səni saxtakar: “Başdakılar məni pi-piyimdən tavana asar, onda mən nə edərəm, versən üç qoyunu da güdə bilmərəm, məhv ola-ram. Uşaq-böyük rüsvay olarıq.”

Guya hörmətli bir iş adamıdır. Həqiqətləri müdafiə etmək əvəzinə güc sahiblərinin həqi-qətlərini müdafiə edən hər kəs mənim gözümdə alçaqdır. Amma, onların mənim düşüncələrimi dərk etmək ehtimalı zəifdir. Bu düşüncələrimi kobud sözlərlə dilə gətirsəm, onların gözündə paxıl və ya idarə olunmaqdan imtina edən bir üsyançı olardım, bu ən yaxşı ehtimal idi. Mənim cahil biri və ya həyat həqiqətlərini qəbul edə bilməyən bir axmaq olduğumu da düşünə bilərdi-lər. Bunu tərzinə uyğun bir dildə nəzakətlə söyləmək isə içimdən gəlmirdi. Ona öz əllərimlə la-yiq olmadığı dəyəri vermiş olacaqdım. Məğlub olacağımı bilə-bilə onun mübahisəsinə girmək lüzumsuzluqdan çox, axmaqlıq kimi görünürdü. Sakitcə danışılanları dinləməyə davam etdim. Yarım saat boyunca haqqında danışılan adam ağıla bata biləcək tək bir kəlmə də söyləmədi. Nə qədər mərhəmətli olduğundan, necə ülvi bir iş gördüyündən bəhs edirdi. Ana-atası olmayan yetimləri geyindirməkdən, bəsləməkdən söhbət saldı. Bu halı gözümdə daha da alçalmasına sə-bəb oldu. Zəhərlədiyi bu uşaqların gözündə özünü peyğəmbər kimi göstərməyə çalışmaq istə-məsi mədəmi bulandırdı.

Amma, dövlət bir ideologiyanın laboratoriyası deyil, cəmiyyət adına vicdanlı və mənəvi qərarlar verməli olan qurumdur. Sanki masadakı hər kəs məni susdurmağa çalışırdı.

Sansar haqqında da bir neçə kəlmə demək istəyirəm. Yeni tanış olduğumuz halda səmimi davranmağımdan xoşu gəlməmişdi. Məncə bu səmimiyət ona hörmətsizlik kimi gəlmişdi. La-zımsız adam idi, mənim gözümdə sadəcə, hədə-qorxu gəlməyi bacaran bir iblis idi. Bir sözlə, o görüşdə özümü tamamilə yad hiss etdim. Halbuki, mənim də həyat və insanlar haqqında pis-yaxşı fikirlərim var idi. Bu söhbət düşündüyüm kimi keçmədi, ancaq bu söhbətdən özümə aid də nələrsə öyrəndim. Məsələn çox və tez həyəcanlanan biriyəm. Mənə sakitlik yaraşmır... lakin olsun, bütün bunlardan peşman deyiləm, içimdən gəldiyi kimi davrandım. Əgər işimə yaradığı kimi davransaydım peşman olardım. Oturub səhərə qədər o gün etdiklərimi haqlı çıxarda bilə-cək səbəblər saya bilərəm. Amma buna ehtiyac görmürəm.

İndi cəhənnəmin odunda alovlandığını öyrəndim. Müasir dünyanın oyununu oynamaq üçün çox axmağam. Mənim kimi hər şeydən xəbərdar olan, lakin əhəmiyyət verməyən axmaq-lara salam olsun.

Təqdim etdi: Nazilə Gültac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar