Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Könül yolçuluğu"muz Mehmet Taşarla davam edir

Tarix: 07-08-2021 13:32     Baxış: 3336 A- / A+
"Könül yolçuluğu"muz Mehmet Taşarla davam edir


Mehmet Taşar 1961-ci ildə Osmaniyədə doğulmuşdur. Yazıçıdır. Adanada yaşayır. “Adana Yaşam Sənət” jurnalının təsisçisidir..

PAYIZ TUMURCUQLARI

Bir az əvvəl “Güzgünü gətirin” demişdi.

Günlərdir güzgüyə baxmadığının fərqinə vardı, necə göründüyünü bilmək istəyirdi.

Canındakını bilirdi. Sümüyü çıxmış əllərinə, ayaqlarına, sümükləri sayılan barmaqlarına, onlara yapışdırılmış kimi görünən dırnaqlarına baxmaqdan yorulmuşdu.

Əllərinə dəyən tək-tük saçlarını, qırışmış dərisini az qala yırtan almacıq sümüklərini, yanaqlarında hər zaman isti bir gülümsəməni göstərən se-vimli çuxuru görmək istəyirdi.

Dərmanlarını verən, həkimlərin icazə verdiyi yeməkləri gətirən, altını belə təmizləyərkən acıyan, bəzən də diksinən,paltarlarını dəyişdirən,bədə-nini təmizləyən yoldaşı ilə göz-gözə gələ bilmirdi... Gəlsə, gələ bilsə , bəl-kə də, özünü görəcəkdi.

“Bu gün necəsən, ata?” - deyən qızının ötəri baxışlarında da özünü görə bilmədi...

Tək ümid yeri güzgü idi.

Yoldaşı “Güzgünü neyləyirsən?” -deyə səsini yüksəltdi.

Əsəbləşmişdimi, xəyal etdiyi kimi qalmasınımı istəyirdimi, bilmək ol-murdu. Bəlkə də, çəkdiyi acılara görünüşünün də əlavə olunmasını istə-mirdi. Ən azından səs tonu əsəbini, bezdiyini ələ verirdi, ya da o artıq hər davranışda, hər sözdə qarşısındakı insana acı verdiyini düşünürdü.

Bir müddət gözlədi. Gedən-gələn yox idi. Sadəcə, inilti və xırıltılardan ibarət olan səsi ilə qışqırıb çağırdı. Bəlkə də, qışqırıb çağırdığını zənn edir-di. Kirpiksiz göz qapaqları bir yorğan kimi gözlərinə örtüldü. Gözlərinin altında iki damla göz yaşı axmağa hazır gözləyirdi...

“Bibərlərim necə oldu?”- deyə gözlərini açmadan soruşdu. Axırıncı dəfə görəndə payız tumurcuqları açmışdı.

Dama çıxan pilləkənlərə qoyduğu qutulara əkdiyi acı, sivri bibərləri xəyal etdi. Əkəndə torpaq tapmaq üçün kanala qədər gedib çıxmışdı. Diq-qətlə əkmiş, böyümələrini həsrətlə gözləmiş, onlar da bahar gələndə böyü-müş və yaşıl yarpaqları arasında sivri-sivri meyvələrini verməyə başlamış-dılar. Hər yemək süfrəsi açılanda onlardan bir neçəsini dərib boşqabının kənarına qoyurdu.

Yoldaşı: “Nə ləzzət alırsan anlamıram” -deyirdi. “Yeyəndə nəfəsin kə-silir, oflayıb püfləyırsan, yenə də əl çəkmirsən bu zəhərdən.”

Hər süfrə qurulanda eyni şeylər deyilirdi. Nə o acı bibərlərindən vaz keçirdi, nə də yoldaşı deyinməkdən.

Kim bilir bəlkə də bir həftə olmuşdu. Dostlarının onu ziyarətə gələcəyi-ni eşidəndə yoldaşından onu geyindirməsini və eyvana çıxarmasını istə-mişdi.

Yoldaşının köməyi ilə geyinmiş, koridordan keçəndə güzgünün qarşı-sında dayanmış, özünü başdan-ayağa süzmüşdü. Kepkası başında idi, geniş şərfini boynuna dolamışdı.

Eyvanda qurulan masaya oturanda çanaq sümüklərinin ağrıdığı üzü-nü turşutmağından bilinirdi.

Yoldaşı: “Dayan, bir yastıq gətirim” demişdi. Əyilib yastığı düzəl-dəndə də “Gərək qonaqlarını içəridə qarşılayardın” - deyə gileylənmişdi.

“Olmaz axı. Məni yataqda görmələrini istəmirəm.”

Onlar gəlməmişdən stuluna əyləşmiş, boynuna geniş şərfini dolamış, eyvan kənarındakı dama çıxan nərdivana düzülmüş bibərlərini seyrə dalmışdı. Payız tumurcuqları quruyan yarpaların arasından boylanırdı, onları görəndə elə sevindi ki...

“Hülya, bax, bibərlərim necə də tumurcuqlanıb.” Gülümsəmiş, eyni açılmışdı.

“Gördüm, gördüm. İnşallah sən də onlar kimi yenidən dirçələrsən”- deyərək içəri keçən və boğazı düyünlənən yoldaşının arxasınca da söh-bətini davam etdirdi.

“Bilirsənmi, Hülya, bütün ağacların payız tumurcuqları olur. Meyvə-lərini bəxş etdikdən sonra yorulmuş bədənlərini dincəlməyə buraxırlar. Yükündən qurtulmuş hambal kimi yüngülləşir, yeni bir mövsümə daha sağlam, daha gözəl oyanmaq üçün yuxuya gedirlər. Əslində, biz yuxuya daldıqlarını düşünürük. Amma onlar yeni tomurcuqlar açır, gövdələri, budaqları böyüyür, qalınlaşır.”

Gözləri qıyılan kimi oldu. Öz-özünə deyindi. Nə dediyi bilinmirdi. İniltiləri kəsildi. Nəmli gözlərində bir işıq yandı.

“İndi onlar çiçək də açmış olar, Hülya. Mən də bütün ağaclar kimi, bibərlərim kimi yenidən tumurcuqlanıb çiçək açacam!”

Gözlərini tam açdı. Heç kim yox idi. Yenə yumdu, mürgülədi.

***

Ərinmədən qalxıb piyada yollara düşdü, qardaşının Dənizli məhəlləsindəki evinə getdi. Onun damda göyərçinlərini bəslədiyini gördü.

Bunu tez-tez edərdi. Ya səhər, ya da axşamtərəfi qardaşının evinə gedərdi. Ata evinin ən gözəl vərdişi, ənənəsi orda davam edirdi. Əvvəlcə quşları seyr edir, qanadlarına, lələklərinin arasına baxır, bəzilərini əlinə alıb sığallayırdı. Yemi atmır, onların ovuclarındakı yemə gəlmələrini gözləyirdi. Yemi götürən quşların dimdikləri ilə ovcunu qıdıqlamaları xoşuna gəlirdi.

Qardaşının əlindəki ucuna parça bağlanmış dəyənəyi aldı.

“Haydi, bu qədər tənbəllik kifayətdir!”- deyərək dəyənəyi sağa-sola yellə-di.

Quşlar havalanıb iki mərtəbəli evin yanındakı göyə tərəf yüksələn şam ağa-cına qondular. Yenidən sınadı. Əlindəki yellənən dəyənək havalanan, yerə enmək istəyən quşların yerə enmələrinə mane oldu. Bir müddət sonra qanadla-rına külək dolduran quşlar, fırlana-fırlana uçmağa başladılar. Dəstəylə elə gö-zəl uçurdular ki... Havalanan, açdığı qanadlarında özünü küləyə təslim edərək, süzən quşlardan biri də sanki özü idi. Bir ara dəstədən ayrılıb daha yüksəyə çıxmağa çalışan göyərçini görəndə təlaşla qışqırdı:

Ey, geri qayıt!”

Quş qulaq asmırdı. Bir az da yüksələn, qanadlarını açıb göydə dövrə vuran quşu endirmək üçün qəfəsdəki ağ göyərçini götürüb, əlində yellədərək, diqqət çəkməyə çalışdı. Ağ göyərçin bir az uçduqdan sonra qanadlarını endirib, sürət-lə enməyə başlasa da, dəstədən ayrılan göyərçin hələ də uçmağa davam edir-di.

“En deyirəm sənə, cəld ol, en!”

Quş əhəmiyyət vermirdi. Yüksəldikcə yüksəlirdi. Bayaqdan göyərçini izlə-yən ovçu quş isə caynaqlarını qabağa uzadıb, sürətlə göyərçinin üstünə enmə-yə başladı. Ovçusunu son anda görən göyərçin gecikdiyini başa düşmüşdü. Bir anda geniş qanadlar altından uzanan caynaqların arasında qaldı…..

***

Çağla işdən yenicə qayıtmışdı. Ayaqqabılarını çıxarıb içəri keçəndə anası mətbəxdə idi. Salam verib yanaqlarından öpərək soruşdu:

-Atam necədir, ana?

-Deyəsən bir az rahatlanıb. Güzgü gətirin deyirdi. Bir ara da bibərlərini, quşlarını sayıqladı. Bir az olar sakitləşib. Dəymə, yatsın bir az.

“Mən yenə də baxım, ana” - deyərək, atası yatan otağa keçdi. Atasının açıq və qorxu dolu gözlərini görəndə qəlbi sıxıldı. Cəld yanına yaxınlaşdı. Bir müddət əlini atasının burnunun önünə tutdu.

“Ana, tez bura gəl. Ataaaaa!...

Təqdim etdi: Nazilə Gültac

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar