Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Könül yolçuluğu"muz davam edir - Nurcan Gökmən

Tarix: 14-07-2021 16:03     Baxış: 2580 A- / A+
"Könül yolçuluğu"muz davam edir - Nurcan Gökmən
Nurcan Gökmən

Nurcan Gökmən Muğlada dünyaya gəlib, orta məktəb təhsilini də orada almışdır. İqtisadiyyat və fəlsəfə universitetlərini bitirmişdir. Məqalə, hekayə və şeirlər yazır. Hal-hazırda tibb sahəsində idarəetmə işində çalışır. Muğlada yaşayır, bir övladı var.

ZİRVƏYƏ ADDIMLAYARKƏN

Məqsədim fevral ayında dağın zirvəsinə qalxmaq, əvvəlcə şam meşəliklərinin içindən keçib sonra sidr və ardıc ağacları ilə söhbətləşmək, bütün Fəthiyəni, Pataranı, Ölüdənizi, hətta Rodos adasını belə 1970 metrdən seyr etmək idi. Bu möhtəşəm gözəlliyi yaşamaq sonsuz bir dənizdə qərq olmaq demək idi.

Fevral ayında dağın ətəkləri bahar çiçəkləri ilə doluydu. Hər tərəfə şam ağaclarının ətri yayılmışdı. Bəzi yerlərdə təkcə bu mövsümdə açan endemik bitki və çiçəklər vardı. Yol kənarı boyunca kəsilmiş ağaclar və odunlar düzülmüşdü. Yolumuzu kəsən ağac təxminən bir neçə əsrlik olardı. Qolları, budaqları dağınıq halda torpaqda yatırdı. Kəsilən ağacların köklərində motorlu mişarın izlərini görmək olardı. Hamısı başları kəsilmiş, gövdəsindən ayrılmış qurbanlıqlar kimi torpağa sərilmişdilər. Ürəyimi ağrıdan qətliamlardan biriydi bu.

Otuz yaşlarında gənc bir adam əlindəki motorlu mişarı işə salmışdı. Şam ağacının kökünə yaxın bir yerini mişarladı. Yanındakı dostuna, bu işi yaxşı bildiyini göstərən bir əda ilə “İndi özü düşəcək” - deyirdi.

Bir neçə dəqiqə keçmişdi ki, böyük çatırtı, fit və qışqırığa bənzər bir səs qopdu. Şam ağacı bağırırdı sanki, can verən bir canlı kimi acı çəkirdi. Fəryadı qulaqlarımı cingildətdi, ağrısı ürəyimə doldu. Bir canlı acı çəkir, bağırırdı. O biri şam ağaclarının əl-qolları bağlı idi. Qorxuları içlərinə hopmşdu.

Əsrlik şam ağacına baxa-baxa qaldım. Nəhəng boyu ilə yerə yıxıldı. Çığırtısı kəsildi, fəryadı susdu.... Can çəkişən bədəni bir neçə dəfə yerdən sıçradı.

Sonra ətrafa bir sakitlik çökdü. Bir daha heç səsi çıxmadı. Dostlarının göz yaşları da mənimki kimi səssiz axırdı, sıranın hansında olduğunu bilmədən.

İnsanlar üçün açılırdı bu yol. Bizlər üçün. Yollar geniş olmalıymış, peykdən görünməli imiş...

Mədəniyyət naminə kəsilən, yox edilən meşələr kimi buralar da inşallah yox edilməzdi. Biz insanlar acgözlülüyümüz ilə təbiəti də, özümüzü də məhv edirik. Nə öz bədənimizi, nə də dünyanın bədənini qoruyuruq. Dünyanın səsini eşitmirik. “Kömək edin!” deyir, “Kirlətməyin!” deyir, əsla eşitmirik...

Təbiət ana kimidir, hər şeyi qarşılıqsız verir bizə. Amma biz yenə də dəyərini bilmirik. Oksigen verir, nəfəs alırıq. Torpağını qazırıq, nə əksək ikqiat artığını verir bizə. Bəsləyib böyüdür, dəyərini bilmirik. Coşub - çağlayan suları ən böyük enerji mənbəyimizdir. Baharını, qışını, payızını, yayını verir. Hər şeyi öz haqqımız sanırıq, heç birinin dəyərini bilmirik. Yer-göy Allahdır deyirik, lakin hər şeyın Haqq olduğunu bilmirik...

Şam ağacının iniltisi qulağımdan getmirdi. O səsin ağrısını hiss etmişdim. Göz yaşlarım axıb içimə dolurdu. Gedib yerdə cansız yatan şam ağacına toxundum. Sevdiyini itirmiş insan kimi son dəfə sarılmaq istədim ona. Vidalaşdıq. Bu illər ərzində yaşayarkən, etmədiyim təşəkkürlərimi etmək istədim. Öldükdən sonra qiymət bilmək kimi... Toxundum ona, sığal çəkdim.

“Ey gözəl şam ağacı, üzr istəyirəm səndən. Bağışla, biz insanları. Sənə sonsuz təşəkkür edirəm. Əsrlərdir bizə verdiyin oksigen üçün, arılara şirəndən verib bizə bal göndərdiyin üçün, gözəlliyinlə həyəcan və həzz verdiyin üçün, bədənimizi kölgələrinlə sərinlətdiyin, küləyinlə bizi fərəhlətdiyin üçün, şirənlə bəzi xəstəliklərə verdiyin şəfa üçün, gözəl ətrinlə evimizi təravətləndirdiyin üçün, bağçama hasar, baltama sap olduğun üçün və daha neçə-neçə saymadığım xüsusiyyətlərin üçün sənə sonsuz təşəkkür edirik.

İndi gedirsən, amma yenə görüşəcəyik səninlə. Bəlkə evimə masa olaraq gələcəksən, bəlkə stulum, bəlkə şkafım olacaqsan, ancaq yenə gələcəksən aramıza. Ən balaca budaqların belə bir işə yarayacaq sənin. Soyuq havalarda evimizi, yatağımızı, bədənimizi isidəcək budaqların. Məndə həmişə var olacaqsan. Təşəkkür edirəm, sonsuz təşəkkür, ey gözəl şam ağacı...”


YOLA ÇIX, YOL AÇIQDIR

Allahın evi deyirik məscidə, kilsəyə. Allahın evə ehtiyacı varmı ki?.. Hər an bizdə olduğunun düşüncəsində olmadığımız üçün oraya Onu xatırlamağa gedirik. Dinclik tapır, ibadət edirik. Xüsusilə, bu ibadət yerlərindən tarix qoxusu gəlirsə, məsələn, Memar Sinanın əsərlərini nəzərə alsaq heyrətlənməmək mümkün deyi. Kilsənin iç divarlarındakı freskləri, məscidin içindəki çini sənətini maraqla seyr edib xəttatlığı oxumağa çalışır, hər sətrinə heyran olub böyük zövq alırıq.

Ərəbcədən dilimizə keçən məscid, cümə kimi sözlərin etimoloji kökü, cəm-toplanmaq, bir araya gəlmək mənasını verir. Eyni kökdən gələn məscid -toplayan, bir araya gətirən- deməkdir. Mənim də bu bədən aləmini cəm etməm lazımdır. “Bədənimizin Kəbəsi qəlbdir”- deyib ustadlar. Ətdən, sümükdən olanla deyil, könlü olanla birləşmək lazımdır.

Bu bədən aləmim mənim aləmimdirsə, onu bir az tanımaq lazımdır. Bədənimizin mədə və alt hissəsi həzz mənbəyidir. Qida qəbul etmək və şəhvət kimi. Əlbətdə ki, bunlar tarazlıqda olduğu zaman problem yoxdur, ancaq həddini aşıb öz nəfsimizin əsirinə çevrilsək vay bizim halımıza. Daim yemək yeyən, daim cinsi əlaqə arxasınca qaçan biri tarazlığı necə qoruya bilər ki?.. O cür insanların əsl dərdi hər cür həzzlərdir. “Dərdi dünya olanın, dünya qədər dərdi olar” demişdir Yunus Əmrə.

Həzzin verdiyi ötəri xoşbəxtlik yeməyi yeyənə qədərdir. Doyduqdan sonra yeməyə davam etmək üçün özümüzü məcbur etsək, əziyyətə çevrilər. Şəhvət də belədir. Elə bu səbəbdən bədənimizin də , ruhumuzun da tarazlığını pozduqsa, vay halımıza. Həzzlərimizi təmsil edən bədənin alt hissəsinin tarazlığını qurmaq idmanla mümkündür. Məsələn, komanda işi və fərdi səy tələb edən idmanlar. Bir-birinə toxunmadan, zərər vermədən oynanan basketbolu bu səbəbdən həmişə çox sevmişəm.

Bədənimizin üst hissəsində yerləşən ürəyimiz isə hiss və duyğularımızı təmsil edir. Duyğuları sakitləşdirən isə sənətdir. Elə o tarixi məscidlərdə, kilsələrdə gördüyümüz əsərlər də əslində bizim qəlbimizi sakitləşdirməyə xidmət edir.

Bu bədən aləminin Kəbəsi deyildirmi, qəlb?.. Necə ki, evimiz ya da maşınımız kirlənəndə təmizləyiriksə, könül Kəbəmizin də təmiz olmağı üçün səy göstərmək lazımdır. Kəbəmizin yuyulub təmizlənməsi bizi özümüzə qaytarır. Həssaslığımızı artırır. Elə isə sənəti niyə yox sayaq? Hələ də gec deyilkən əlimizə bir fırça ya qələm, bəlkə bir heykəltəraş çəkici ya da bir musiqi aləti alaq... Əlbəttə bu sıranı çoxaltmaq olar. Sənətin sərhəddi varmı ki?.. Əsas odur yaradıcılığını üzə çıxart, qəlbinin qapıları açılsın.

Bədənin, qəlbin yuxarı hissəsində yerləşəni isə ağıldır. Yollar ağılla qət edilir. Ağıl düşünmək, dərk etmək bacarığımızdır. Qaydaları, doğrunu, yalnışı, oxumağı, yazmağı ağlımız sayəsində edirik. Quranın ilk əmri belə “Oxu” ikən, ya da bir neçə dəfə “Ağıl etməzsinimi?” deməkdəykən, ağlın vacibliyini anlamamaq imkansızdır. Bunu bir az da fəlsəfə və hikmət ilə zənginləşdirsək, ağlı və düşünməyi gücləndirərik. Amma təkcə ağlı gücləndirsək, onda ortalığa faydadan çox zərər də çıxarda bilərik. Ağlımızı hara və necə işlətməyimizin də önəmi böyükdür. Atomdan bomba da düzəldərik, atomun hissələrini kəşf edib kvantın fizikasını da tapa bilərik. Biri kəskin ağıla çevrilib varlığa ziyan verərkən, o

birisi də insanlığı oyandırmağa çalışmaqdadır. Duyğularımızla hiss etdiyimiz hər şeyin əslində bizim qavrayışımızdan ibarət olduğunu, duyğularımız vasitəsilə gələn məlumatların elektrik enerjisinə çevrilərək, beynimizə çatdırılması, hər şeyin beynimizdəki ötürücü yollarla bədənimizə ötürülməsi sübut edilmişdir. Hər şey dalğa və titrəyişdən ibarətdir.

Əgər hər şey dalğa və titrəyişdən ibarətdirsə, biz də bir dalğa və titrəyişdən ibarətik. Onda biz sadəcə bu bədən varlığı deyilik. Descartes “Düşünürəm, deməli varam” deyir. Biz də buna düşünənin beyin olmadığı, beyinin bir çevirici olduğunu deyə bilərik. Beyin çevirəndirsə əsl düşünən mən hardayam?

Bax, ona çatmaq üçün də varlığımızda olanları - həzz, duyğu, ağıl, fəlsəfəni (hikməti) birləşdirib, bütövləşdirmək lazımdır. Ziyalı olmaq, bunun üçün səy göstərmək, tarazlıqda qalmaq, dərin düşünmək, gözəl əxlaqlı olmaq bizə yol göstərəcəkdir..

Yola çıx, yolumuz açıqdır...

Dilimizə uyğunlaşdırdı və təqdim etdi Nazilə Gültac

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar