Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Doğru şeylər düşünüb, yanlış yerlərdə durdum həmişə" - Coşkun Karabulud

Tarix: 05-05-2021 18:55     Baxış: 3266 A- / A+
"Doğru şeylər düşünüb, yanlış yerlərdə durdum həmişə" - Coşkun Karabulud

Nazilə Gültac redaksiyamıza bir çox Türk yazar və şairlərin yaradıcılığından nümunələr göndərib. Vaxtaşırı “Könül yolçuları”nın yaradıcılığı ilə dəyərli oxucularımızı tanış edəcəyik.

Coşkun Karabulut 1956- cı ildə Qarsın Sarıqamış kəndində doğulub. Ankara Hacıtəpə Universiteinin Sosiologiya fakültəsini bitirib. İndiyə qədər 15 şeir və 5 esselər kitabı çap olunub. Hal-hazırda Muğlanın Fəthiyə şəhərində yaşayır.
Şair Coşkun Karabuludun iki maraqlı yazısı və bir neçə şeiri ilə sizləri tanış edirik.


HƏQİQİ ŞAİR, DÜNYAYA ÖZ İŞIĞIYLA BAXANDIR

Elə bir şey yoxdur həyatda ”Götür əlinə qələmi, yaz ağzına gələni”

Məncə, dünyada rəngli cism yoxdur. Dünyadakı cisimləri rəngli edən günəş işığıdır. Əslində, işığı görən təkcə göz deyil, həm də beyindəki mərcimək boyda olan görmə və rəngləmə otağıdır. Gözün gördüyü hər şey, həmin otaqda əks olunan cisimlərin bir- birindən seçilmə prosesidir. Hər əks olunan obyekt tezliyinə görə rənglənir. Beləliklə, hər bir obyekti öz rənginə görə görürük. Bütün fizika kitablarında və dərsliklərində , adətən, bunu yazırlar, bilirsiniz.

Günəş işığı və göz xarici aləmi görmək və rənglərini ayırmaq üçün lazımdır, bunlar cismi beyindəki görmə otağına göndərir, rəng seçimi və görmə hadisəsi orada müəyyən olunur .

Dediyim odur ki, günəş işığı cisimləri beyində əks etdirdiyi kimi, şairlər, yazıçılar və mütəfəkkirlər də öz işıqları və üçüncü gözləriylə baxaraq, həqiqətləri özləri əldə etməyə çalışırlar. Buna tamamilə inanıram. Üstəlik, həqiqi şairin, yazıçının daha qısa yolla həqiqətə çatacağına, yəni yaxınlaşacağına inanıram. Bu tək günəş işığı sayəsində gördüyü ilə deyil, öz daxili işığının gücü ilə beynində, qəlbində baş verənləri gördüyü andan etibarən baş verəcəkdir. Elm tək beynin, sənət isə həm beynin , həm də qəlbin məhsuludur. Elmin obyektiv gerçəkliyi və sənətkar üçün obyektiv dəlillər özünəməxsus subyektiv reallığı ilə ağılın bir yerində qorunur. Təəssüf ki, yaxalanan həqiqi gerçəklik ,elmin obyektiv tapıntıları çox vaxt mötərizə içərisində yerləşdirilir. . İllər əvvəl şairlərin fərqli baxış bucaqlarını inkişaf etdirmək, obyektlərə, hadisələrə öz pəncərələrindən baxmaq üçün üçüncü bir gözə ehtiyac duyduqlarını və bunları yaratmalı olduqlarını yazdığım zaman dərhal qarşı çıxanlar olmuşdu: "Qardaş, sən şair istəyirsən, yoxsa peyğəmbər?"- demişdilər. Çox məşhur bir deyim var: "Şairin özü, şəxsiyyəti deyil, yaratdığı əsərlər əsasdır!" Bu anlayış heç vaxt mənə doğma gəlməyib. Çünki şairin öz pəncərəsindən baxacağı üçüncü gözün olması birbaşa şairlə, yazarın özü ilə bağlıdır. Üçüncü gözün meydana gəlməsi xüsusi bir həyat tərzi tələb edir, bu da asan deyil. Üçüncü gözün olması və öz işığını yaratmaq üçün əvvəlcə müəyyn bir bacarığa sahib olmalısan. İstedad, xasiyyət və bilik əvəzolunmazdır.

Öncə, dürüst, səmimi, qarşılıq gözləməyən, səxavətli, mal- mülkdə, pulda gözü olmayan, insanlara, heyvanlara və bütün canlılara hörmət və sevgisi olan, hər şeydən əvvəl nifrətdən, xəsislikdən, lovğalanmaqdan, özünü göstərməkdən və eqoistlikdən uzaq olan sevgi dolu və səmimi bir insan olmalısan. Sonra istedad və elm gəlir- həm kitab elmi, həm də həyat elmi. Özü, sözü bir olan şair və yazarlar öz işığını və subyektiv gözlərini dünyaya yönəldərək, nəinki cisim və hadisələri, həm də onların arxasındakı həqiqətləri və hikmətləri ürək və beyinləri ilə bilikdə, dərin bir təfəkkürlə görmə kameralarında kirdən, pasdan təmizləyərək, daha parlaq və daha aydın görəcəklər...

Tapdıqları gerçəkliyi elmdən fərqli olaraq, ağlın diliylə deyil, ağıl və qəlbin ortaq tapıntılarını əsərlərində ürəyin dili ilə ifadə edəcəklər.

Baxış , işıq və göz. Bu üçlüyü özlərində görənlər nə bəxtiyardır! Ancaq əsas işıqdır. Ən əsas təfəkkürdür.

Ulu öndər Atatürkün dediyi kimi: " Sənətkar - alnındakı işığı ilk hiss edəndir."

Yəni bu o qədər də asan deyil. Elə bir şey yoxdur həyatda : " Götür əlinə qələmi, yaz ağlına gələni!"

BİZƏ UÇMAQ YARAŞIR

Bəzən, günah işlər görən zaman cəzalandırılacağımı düşünsəm də, Tanrının varlığı və əbədi ədaləti mənə həmişə təsəlli verdi. Cəza çəksəm də, Allahın varlığını düşünmək belə , hər zaman məni xoşbəxt etdi. Həm də insanın özü üçün deyil, başqası üçün yaşamaq istəyi ilə yaradıldığına inandım. Özü üçün işləyib nəsə qazanmaq ağır bir yükdür. Əsl qazanc, başqası üçün işləyib yığdığındır. Özün üçün etdiklərin yerində qalır, başqası üçün etdiklərin ya səninlə gedir, ya da səndən öncə gedir, vaxtı çatdığında səni qarşılayır. Qanad olur, sonsuzluğa uçurur.

Uçmaq varkən, ayaqlara qandal olmayın, buraxın uçmağa əngəl olmağı.

Necə ki, sonsuzluq arzulayırıq, fani bir bədəndə sıxılıb qalmaqdan qurtularaq, azaldığa can atırıq, sözləri də eləcə qanadlandırıb uçuraraq, şeir yazıram. Hətta özüm də qanad taxaraq, şeir olmaq istəyirəm.

Həm sözə qanad, həm şeirə qanad. Yaşasın şeir! Yaşasın azadlıq! Yaşasın qanad!

Əsərlərimi oxuyanlara da qanad taxıb uçmağı arzulayıram. Nəinki diriləri, ölüləri də düşünürəm. Səhər duranda gözləyirlər deyə, dualarımı, sevgilərimi göndərirəm onlara. Enerji göndərirəm, uça bilsinlər deyə.

Sözlərlə sabaha qədər söhbət etdiyim vaxtlar da olur. Bir sıxıntıları olanda o dəqiqə mənə sarı uçurlar. Yuxudan oyandırırlar, heç ərinmirəm, tez yerimdən qalxıb, diqqət göstərirəm. Könüllərini alıram, əyləndirirəm. Çox xoşbəxt olurlar, sevincdən uçub gedərkən, bir- iki şeir də qoyub getməyi unutmurlar. Yoxsa, elə də asan olmur bu işlər. Sevgi əmək istər!

Yenə çox uçdun deyirsinizsə, deyirəm ki, uçurmayan qanadın heç kimə faydası yoxdur. Ən azından sevincdən, xoşbəxtlikdən uçaq, gerisi gələr. Hamımız birlikdə uçarıq, inşallah. Deyirsiniz, çoxmu uçdum ?....

VARMI BELƏ

Həyatdan vazmı keçirik?
Sonunda ölüm var deyə.
Nədən eşqdən vaz keçək,
Sonunda hüzn var deyə.

ƏDALƏT

Dünyada ən ədalətli
insanın kölgəsidi,
Zəncidə də,
ağ insanda da
həmişə qaradı.

YALNIZLIQ

Doğru şeylər düşünüb,
Yanlış yerlərdə durdum həmişə,
Çooox uzağam özümə ustad,
Yalnızlığım bu üzdən.

YOL AYRICI

HƏYAT – bir yumurta kimi,
Ya quş olub uçacağıq,
Ya da bizdən
Omlet bişirəcəklər.....
Cıkkımız çıxmasa əgər.

İNANC

Bir yanda yer üzü,
Çəçəklər açır üstündə.
Dörd mövsümdə
Ağaclar meyvə verir.
O biri tərəfdə göy üzü.

Boy atan bir ağacı belə yox.
Nə olsun ki,
Məhsulu torpaqdan yığsalar da,
dərinlərə bərk- bərk sarılsalar da,
Göy üzünə uzanır
bütün əllər.

Çünki onlar bilirlər ki,
yer yerdir.
Göy də göy.

"Doğru şeylər düşünüb, yanlış yerlərdə durdum həmişə" - Coşkun Karabulud

Təqdim etdi: Nazilə Gültac
şair, tərcüməçi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar