Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vüsal Ağa yaradıcılığında giley orijinalığı və sevgi - Elxas Comərd yazır

Tarix: 23-09-2024 12:41     Baxış: 2159 A- / A+
Hər  bir  yaradıcı  insanın həyata  öz baxışı var. Gördüklərindən, müşahidə  etdiklərindən  çıxardığı  nəticənin  öz  təsviri var. Ona  görədə,  eyni  mövzuda  yazılan  yazılarda  fərqlilik  ortaya  çıxır. Çünki, duyğular, düşüncə tərzi, hətda insanın  genetik  kodundan  gələn müsbət  və ya mənfi  nə varsa, o yazıya istəməsə də  təsirini  göstərir... 
"Ağsu Yazarları" Ədəbi Birliyində  ilk gündən,  üzvləri  arasında  Vüsal  Ağa kimi  tanıdığım  şairin,  sonrakı günlərdə birliyin qurup paylaşmalarında  izlədiyim  yaradıcılığı  məni  bu cür  düşünməyə  vadar  etdi. Böyük intelektual  xarakterikə  malik  bu insanın  yaradıcılığında, davranış  və söylədiyi  fikirlərdə  bunları görüb, duyduqca  qəlbimdə ona  böyük  rəğbət yaranmışdı.
"Ağsu Yazarları" Ədəbi Birliyinin yaradılmasının  təşəbbüsçüsü, birliyin  ərsiyyəyə gətirilməsində danılmaz xidmətləri olan, alim, şair, ictimai xadim Raqif Nazimoğlunun hərdən  paytaxta  gələndə, birliyin bütün işləri  etibar edilərək   tapşırılan, həmin  işi yüksək səviyyədə görən, hamımızın  sevimlisi  şair   Rəşad  Əhmədliyə  xəbər edib, şəhərdə yaşayan üzvlərilə bir çay süfrəsi arxasında  bir neçə saatlıq  məcliş  təşkil  etdirərdi.  Bir dəfə düzənlənən  belə  məclislərin  birində  Vüsal Ağada  iştirak  edirdi. İlk dəfə Vüsal Ağanı orada gördüm. Yaradıcılığından  necə tanıyıb xarektirizə  etmişdimsə, onda  zərrəcə dəyişiklik  hiss  etmədim. Elə orada ilk  an ağlımdan  keçirdiyim  bu oldu, -  doğurdan da,  Vüsal  Ağaya  sevgi  göstərməyə  dəyərmiş...
Bu görüşümüzdən  sonra  ona olan rəğbətim  həmişə  böyük olub.


TANIŞLIQ  DOSYESİ: -Vüsal Böyükağa oğlu Ağayev (Vüsal Ağa) 25.05.1983 - cü ildə Sumqayıt şəhərində anadan olub.
General Məhəmməd Əsədov adına Sumqayıt şəhər 20 saylı tam orta məktəbin məzunudur.
Bədən tərbiyə və İdman Akademiyasını bitirib.
Məktəb illərindən şeir yazmağa başlayıb. Şeirləri "Abşeron", "Möhtəşəm Azərbaycan", "Haqqın sədası" qəzetlərində, "Ulduz", "Azərbaycan", "Xəzan", "Azad qələm", "Yurd" "Elay" jurnallarında; "Xarı bülbül", "Mənim Vətənim", "Xocalı harayı və əsirlikdən gələn səs", "Anasız-atasız, dünyam", "Cahana sığmazam", "Ağsu Yazarları", "Yeni Uğur", "Gələcəyə doğru" poeziya antologiyalarında yer alıb. Həmçinin, İraq-Türkmən vilayətinin "Aksu" qəzetində və jurnalında yayımlanıb.
Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının laureatıdır.
"Türkmən Ədəbiyyatçılar Birliyi"nin, "Ağsu yazarları" Ədəbi Birliyinin, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin üzvüdür.


Bu  gün  Vüsal Ağanın  yaradıcılığına, Mərziyə Sarvan təşəbbüsünün növbəti qonağlığının paylaşılan  - "AY ÜRƏK" - sonuncu şeirindən  başlamağım  heç  də təsadüfi  deyil... 
Bəlkə də təxminən  bir il keçər, bəlkə də çox olar. Doğrusu, - "dualarınız  mənimlə olsun, sabah açıq ürək  əməliyyatına  girəcəm" - sözləri,  Vüsal Ağa  tanıyanların  hamsı kimi  mənidə  duruxdurdu. Əlbətdə dualarımızı  onunla idi. Şükürlər olsun ki, sağ-salamat əməliyyatdan  çıxdı, yenə şükürlər olsun ki, bərpa olunub, bu gün bizimlə  bir  sırada  cəsarətlə, - YAŞA, AZƏRBAYCANIM!

Tarix yazdı igidlər,
Düşmənə dağ çəkdilər.
Gəldi müsəlləh əsgər
Cuşa Azərbaycanım.

İllərdir ki, bu yuxu,
Şükür ki, bitir axı.
Dəyir düşmənin oxu
daşa, Azərbaycanım!
Yaşa  Azərbaycan! - deyir.

Yuxarıda qeyd etdiyim kimi, Vüsal Ağa  yaradıcılığında, bütün  yaradıcı insanlarda olduğu kimi,  özünəməxsusluq  çox  gözəl görsənir. Onun baxışı, duyğusu, hissi, onun xarakterizə  etməsinin  hamsının  kökündə  özünəməxsusluğ  görünür.  Sadəcə  fikirlərimi  bildirmək  istəyəcəyim, - "AY ÜRƏK"  şeirindəki, yuxarıda söylədiyim  nüanslara  toxunacam.
"İnsan  nə edirsə  özü - özünə edir" - deyiminin Vüsal Ağanın, ümumiyyətlə insan  xislətinə yad  olmayan  düşüncə deyil. Həmişə, Tanrının  təmənnasız bizə  bəxş etdiyi  istənilən bədən   orqan  üzvlərimizin  qeydinə  qalmayıb, sonradan  yaranan  narahatçılıqda, onları günahkar  tutmağımız  hamımızın insan olaraq  xilsıtində var. Vüsal Ağa da, birbaşa  ürəyi günahlandırması  dediklərimə  bir  sübutdur. Görək,  Vüsal  Ağa  özünün,  bəlkədə  illərnən qeydinə qalmadığı  ürəyini  necə  "günahlandırır". 

Niyə inciyirsən, incik gəzirsən,
Axı neyləmişəm, de, nə, ay ürək?
Hər nə eləmisən, sən eləmisən,
Günahkar mənəmmi yenə, ay ürək?

Mən, yuxarıda  söylədiyim, insan  xislətinə yad olmayan  xüsusiyyətləri  bir daha  təkrarlanmayaraq, cəsarətlə  Vüsal Ağaya  deyə bilərəm : - bəli, günahkar  sənsən, sonrakı  misraların da etdiyin rəhimsizliyin, insafsızlığına  sonda dözmədi, odlara yazdığın  ürək. 

Odlara yaxdığın bəs deyil canı, 
Başıma dar etdin bu gen dünyanı.
Söylə rəhmin hanı, insafın hanı,
Nə qan uddurursan mənə, ay ürək?

Heç də, özünün ürəyinə etdiyin zülümü  gəl  ürəyin ayağına  yazmayaq. Onu qınamayaq. Bizik axı onu  elədən - beləyə  sürüyən...?

Sürüdün elədən-beləyə məni,
Saldın min qıfıllı tələyə məni;
Eşqin caynağında, fələyə məni
Qaldırdın, nə deyim sənə, ay ürək?

Hə, istər-istəməz  hamı kimi  şairlə burada razılaşıb, deyə bilərəm. Ürəyin bir günahı var, - sevmək...
Ürəyin sevib, sahibini  əsir etdiyi - sevgi... 

Gah borana saldın, gah qara saldın,
Yolumu tilsimli dağlara saldın.
Yar deyib, sinəmə yüz yara saldın,
Neyləsin yaralı sinə, ay ürək?

Yenə də, ürəyimdən  şairi  qınamaq  keçdi. Ürək sənə dözür, sən ürəyə yox. 

Neyləyim, neyləsən dözəsiyəm mən,
Ölüncə arxanca gəzəsiyəm mən;
Demə ki, yorulub, bezəsiyəm mən,
Qurbanam bu qara günə, ay ürək!

Bütün qınaq dolu bu  gözəlliyin  içində bir  duyğunu  sevə-sevə  yazmaq  niyyətindəyəm. Şairin mükəmməlliyi də  odur ki, fikirini  hansı  formada  deyirsə, desin, sadəcə oxucusunun  ürəyincə olsun, ruhunu oxşasın. Şairin, "AY  ÜRƏK" şeirinə  yanaşmam  bir insanı  düşüncəsi ilə qınaqla   olsada, poetik  çalarlarla  təsvir çox  orjinal  təsvirdə  görünür.  Mən burada, öz insani yanaşmamı qoydum, şair  yaradıcılığının  yanaşmasını isə Vüsal Ağa çox gözəl  poetik  dillə  çatdırıb.
Şairin  bütün  şeirlərində  mövzu  rəngarəngliyi, fikir  cizgilərinin  təsviri, bənzətmələri, bütün  bunların  lokanik  çatdırılması, oxucu  ruhunda yaratdığı   rahatlığı  özünü  açıq  göstərir. Onun, - "QADİN" - şeiri də bu qəbildəndir. 

Qadın da hardasa şeir kimidir,
Gözəl misraları, hecaları var.
Hərdən məftun edən sehr kimidir,
Hərdən də içində acıları var.

Necə də gözəl, necə də cilalanmış  fikir  düzümü. Oxucunu düşündürən obrazlı  ifadə... 

Baxar ürəyinin gözüylə qadın,
Görər ürəyindən gəlib keçəni.
Yüz fikir gətirər özüylə qadın,
Şeir tək yatmağa qoymaz gecəni.

Bax, bu, şair  istedadın  təzahürüdür. Onun  duyğu  gözünün  oyaqlığıdı.

Elə bil ruhuna hopar qəflətən,
İlham pərisidir gəlib, bəlkə də.
İncitsən, ömründən qopar qəflətən,
Görərsən ruhun da ölüb, bəlkə də.

Hər  şairin  istedadı  onun  fikirlərinin  necə izah  etməsindən  görünər. Vüsal Ağa  istedadının  görünən  cəhəti  gözəl duyum, onun orjinal, düşündürücü  təsviri deməkdir. 

Qadın nəfəsində yatır söz ruhu,
Ən gözəl təşbehdir qadının səsi.
Bəlkə, qadınlardır sözün Allahı,
Bəlkə, qadınlardır sözün qibləsi.

Bunlar "bəlkə" - yox, bir həqiqətdir, Vüsal Ağa duyğusundan  süzülüb  gəlir. Düyğusundan  qəlbinə hopan, oradan  süzülüb Vüsal Ağa  qələmindən  çıxan  daha iki şeirini  oxucu  ixtiyarına  verməklə, onun məni də məftun edən  yaradıcılığı haqqında  fikirlərimə burada  nöqtə qoyuram. 

 DARIXANDA

Dilim istər acı dada,
Gəlir mənə bəla, qada.
Xatirələr düşür yada,
Sənsiz qalıb darıxanda.

Dünyam tamam başqalaşır,
Canım özümə yadlaşır.
Sevinc məndən uzaqlaşır,
Sənsiz qalıb darıxanda.

Düşündükcə rəngim solur,
Qəlbimə qəm, qüssə dolur.
Hər sözüm bir şeir olur,
Sənsiz qalıb darıxanda.

Dərd əlindən yanır üzüm,
Nurdan düşür, görmür gözüm.
Nə gecəm var, nə gündüzüm,
Sənsiz qalıb darıxanda.

Alovlanıb od oluram,
Dərd səpən fəryad oluram.
Özümə də yad oluram,
Sənsiz qalıb darıxanda.

 
SİZSİNİZ

Bu boran ömrümün, xəzan ömrümün, 
Al-əlvan çiçəyi-gülü sizsiniz.
İllərin selində talan ömrümün
Ən şəffaf, ən təmiz seli
sizsiniz.

Bu gözəl eşqimin nübarı, dadı,
Qəlbimdə közərən ocağı, odu,
Bu dadsız ömrümə gələn eşq adı,
Könül kamanımın teli sizsiniz.

Quruyub sizinlə qəmli göz yaşım,
Huzurla doludu sevdalı başım.
Qiymətlim, mirvarim, ləlim, daş-qaşım...
Bəxtimin cövhəri, ləli sizsiniz.

Könlünüz pak, təmiz sulardan duru,
Saf təmiz qoruyun əhti, qüruru!
Qəlbimin sevinci, gözümün nuru! 
Vüsalın ağzında dili sizsiniz!

Şairin  bütün şeirləri bu cür oxunaqlı, düşündürücüdür. Ona bu yolda  uğurlar  diləyib, ürəyi  qorumaq, daha ona zülüm edib, sonra da günahı onda görmək  arzulamıram. Ona daimi yanında ola biləcək, bir-birin başa düşəcək   ürək  sağlamlığı  arzulayıram.
Böyük sevgi və səmimiyyətlə,

Elxas Comərd,
"İti Qələm" Respublika Ədəbi  Birliyinin
 və "Ağsu Yazarları" Ədəbi  Birliyinin  üzvü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar