Xəbər lenti
“Ölülər şəhəri”nin sirri: Buranın sakinləri yenidən diriləcəklər - ŞƏKİL
Misirin Minya şəhərində dağlarla əhatə olunmuş 2350 illik ev heyvanları qəbiristanlığında yüzlərlə mumiyalanmış “müqəddəs heyvan” var və hələ də öz sirrini qoruyur.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Minya şəhərinin cənubunda yerləşən Dunay əl-Cəbəl bölgəsində müqəddəs ibis quşu və mumiyalandıqdan sonra babunların dəfn edilməsi üçün qayaya oyulmuş yeraltı sərdabələr var.
“Ölülər şəhəri” adıyla tanına, təxminən e.ə. 350-300-cü illərdə tikildiyi ehtimal olunan yeraltı qəbiristanlıq 1932-ci ildə misirli arxeoloq Sami Cebera tərəfindən tapılıb.
Yeraltı qəbiristanlığa baş çəkən Əmirə İbrahim “Anadoluya” açıqlamasında bunları deyib: “Sosial şəbəkələrdə Dunay əl-Cəbəlin bəzi fotoşəkillərini gördüm və bu yer mənə çox maraqlı gəldi. Bundan sonra Qədim Misir tanrısı Totun müqəddəs məbədi və ibis quşu haqda məlumat əldə etdim”.
O, araşdırmalarından sonra yeraltı qəbiristanlığ görmək istədiyini bildirib: “Həqiqətən də möhtəşəmdir. Mumiyalanmış meymuna (babun) baxanda sanki mənə baxırmış, məni görürmüş kimi hiss edirəm”.
Dörd ayrı hissədən ibarət olan və ən qədim hissəsinin 26-cı firon sülaləsi dövrünə aid olduğu təxmin edilən yeraltı qəbiristanlıqda yüzlərlə mumiyalanmış müqəddəs məbəd babunları və ibis quşlarının məzarları var.
Qəbiristanlıqda oyulmuş qayalarda heyvanların adları, növləri, ölüm səbəbi və sahiblərinin adlarına da rast gəlindiyini bildirən Əmirə İbrahim qədim misirlilərdə müqəddəs ibis quşunu öldürməyin cəzasının ölüm olduğunu söyləyib.
Yeraltı qəbiristanlığı ziyarət edən digər turist Dünya Əhməd deyib: “Heyvanları mumiyalayıb basdıran kahin Anxorun məzar dizaynı çox təsiredicidir. Aradan min illər keçməsinə baxmayaraq, qəbirlər ilk günkü əzəmətini qoruyub saxlayır”.
Əhməd qədim misirlilər dövründə müqəddəs hesab edilən heyvanların mumiyalanmasının səbəbinin onların öldükdən sonra yenidən diriləcəkləri inancı olduğunu da bildirib.
Nurxan Tevfik isə bildirib ki, onu bura çəkib gətirən şey II əsrdə yaşadığı təxmin edilən varlı bir ailənin qızı İzadoranın kədərli hekayəsidir.
Faciəli sonluqla bitən bu əfsanəyə görə, İzadora aşiq olduğu əsgərlə evlənmək istəyir, amma atası bu evliliyə qarşı çıxır, bundan sonra sevgilis ilə qaçarkən Nil çayında boğularaq ölür.
Türbənin üzərində qədim yunan şeirinin olduğunu söyləyən Tevfik İzadoranın ölümündən sonra atasının qızını mumiyaladığını və Tuba əl-Cəbəldə tikdirdiyi sardabəyə qoyduğunu bildirib.
“Araşdırmalar göstərir ki, buradakı hər mumiyanın özünəməxsus hekayəsi var”, - Tevfik deyib.
“Ölülər şəhəri” adıyla tanınan Dunay əl-Cəbəl 1932-ci ildə misirli arxeoloq Sami Cəbəra tərəfindən tapılıb. Qazıntılar Qahirə Universitetinin dəstəyi ilə 20 il (1932-1952-ci illər) davam edib.
Bölgədə qədim misirlilər tərəfindən mumiyalanmış heyvanların müqəddəs hesab edildiyi katakombalarla yanaşı, e.ə. IV-II əsrlərə aid 39 ayrı qəbiristanlıq da var.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar