Manevr.az bildirir ki, konkret.az bu barədə xarici mediaya istinadən xəbər verir. Xəbərə göə, İraqa müdaxilənin məqsədi prezident Səddam Hüseyni devirmək idi. Lakin hərbi təcavüz üçün hazırlanan saxta əsaslar siyasətçilər tərəfindən mənfi qarşılanmışdı. Federal Xəbər Agentliyi (FAN) kiçik Buşun İraq dövlətinin başında kimi görmək istədiyini, eləcə də ABŞ və Britaniya liderlərinin müharibəni planlaşdırarkən nədən çəkindiklərini açıqlayıb.
Maksimum məxfilik
Toni Bleyr və kiçik Buşun Krouford qəsrində keçirdiyi görüş 2003-cü ilin martında ABŞ-ın İraqa müdaxiləsinə hazırlığın əsas epizodu hesab olunur. “Middle East Eye” (MEE) agentliyi Bleyri Texasda müşayiət edən Böyük Britaniya Baş nazirinin xarici siyasət üzrə baş müşaviri Devid Menninqin yazdığı məxfi məktubun surətinə çıxış əldə edib. Aprelin 5-dən, 7-dək baş tutan görüşün hesabatı Böyük Britaniyanın Xarici İşlər üzrə Baş Katibi Saymon Makdonalda göndərilib, o cümlədən Britaniyanın digər beş yüksək vəzifəli rəsmisinə ötürülüb. Bunlar Tony Bleyrin Baş Qərargah rəisi Conatan Pauell, Müdafiə Qərargahının rəisi Maykl Boyes, Müdafiə nazirinin baş katibi Piter Uotkins, Böyük Britaniyanın ABŞ-dakı səfiri Kristofer Meyer və Xarici İşlər katibinin müavini Maykl Cey olub.
Məktubda yazıldığı kimi, Bleyr və Buş arasında danışıqların böyük əksəriyyəti təkbətək keçirilib. Lakin Pauell və Manninq 6 aprel səhəri onlara qoşulub. Buşla bərabər ABŞ-ın o zamankı milli təhlükəsizlik müşaviri Kondoliza Rays və baş qərargahın birinci rəhbəri Endryu Kard də görüşlərdə iştirak edib. Görüşdə İraqla yanaşı digər məsələlər də müzakirə edilib.
“Bu məktub çox məxfidir və Baş nazir [Bleyr] onu ciddi şəkildə saxlamağı, yalnız həqiqətən bilməsi lazım olan şəxslərə göstərməyi və heç bir əlavə nüsxə çıxarmamağı tapşırıb” – məxfi sənəddə vurğulanıb.

Məktubda deyilir ki, o zaman İraq müharibəsinin layihəsi hətta ABŞ-ın ən yüksək hərbi dairələrindən də gizli saxlanılırdı. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tərkibində yalnız çox az sayda şəxs plandan xəbərdar olub, digər yüksək rütbəli zabitlər isə kənarda saxlanılıb. Yəni Raysın dediyinə görə, ABŞ Mərkəzi Komandanlığının işçilərinin 99 faizi qarşıdakı müharibənin planlarından xəbərsiz olub.
Böyük Britaniya Baş nazirinin xarici siyasət üzrə baş müşaviri Devid Menninq qeyd edir ki, taleyüklü danışıqlar zamanı Səddam Hüseynə qarşı müharibənin regional sabitliyin zəifləməsinə deyil, möhkəmlənməsinə töhfə verməsini təmin etmək çox vacib idi. Ona görə də Buş Türkiyəni İraqın dağılmasından və kürd dövlətinin yaradılmasından söhbət getmədiyinə inandıra bilmişdi.
“Lakin kiçik Buşu digər bir məsələ də narahat edirdi. O, Səddamın devrilməsi fonunda yerinə kimin keçəcəyini bilmirdi. Buş hər kəsin Səddamdan daha yaxşı olacağına dair fərziyyə üzərində işləyirdi” – məktubda deyilir.
Avropanı inandırmaq vacib idi ki, Səddam Hüseynə əməkdaşlıq etmək imkanı verilib, lakin guya o bundan imtina edib. Britaniya hökumətinin başçısı Səddam Hüseynin BMT müfəttişlərini ölkəyə buraxacağından və yoxlamalara icazə verəcəyindən narahat idi. Düşünüldüyü kimi müfəttişlər ölkəyə 2002-ci ilin noyabrında gəliblər və 2003-cü il martın 18-dək orada qalıblar. Aparılan yoxlamalar nəticəsində heç bir təhlükə görmədikləri haqda rəy veriblər. Buna baxmayaraq martın 20-də ABŞ və Böyük Britaniya öz hazırladıqları plan əsasında İraqı işğal etdilər.
Bu məktub Menninqin İraqla bağlı yazdığı və mediaya açıqladığı ikinci hesabatdır. 2004-cü ildə “The Daily Telegraph” nəşri Krouford sammitinə hazırlıqla bağlı britaniyalı diplomatın Toni Bleyrə yazdığı məktubun təfərrüatlarını dərc etmişdi. Maraqlıdır ki, Texasda keçirilən görüş ərəfəsində Bleyrə İraqda müharibənin başlanacağı təhlükəsi barədə xəbərdarlıq edilib. Britaniya hökümətinin milli təhlükəsizlik üzrə müşaviri Peter Ricketts İraq və Əl-Qaidə arasında əlaqə yaratmaq cəhdlərinin açıq şəkildə inandırıcı olmadığını yazıb. Böyük Britaniyanın o zamankı xarici işlər naziri Cek Strou 25 mart 2002-ci ildə Bleyrə yazırdı ki, Krouford görüşünün təsirləri kiçik, riskləri isə yüksək olacaq.