Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Brejnevin işdən çıxarmağa qıymadığı döyüş dostu - Onun hansı sözü Kremli qəhqəhələrə qərq edib?

Tarix: 30-10-2021 17:47     Baxış: 3794 A- / A+


Brejnevin işdən çıxarmağa qıymadığı döyüş dostu - Onun hansı sözü Kremli qəhqəhələrə qərq edib?
Böyük bir saraya toplaşan 4994 nəfəri güldürmək üçün ən azı təcrübəli yumor ustası olmaq lazımdır. Yəqin ki, hamı belə düşünər. Amma 1981-ci ildə Moskvanın ən mötəbər
saraylarından biri olan Kremlin Qurultaylar Sarayında keçirilən Kommunist Partiyasının 26-cı qurultayında 4994 nümayəndəni eyni anda güldürən heç də incəsənət xadimi yox, vəzifəsinə görə ölkənin ikinci-üçüncü şəxsi sayılan Mərkəzi Komitənin katibi Andrey Kirilenko olub.
 
Manevr.az-ın məlumatına görə, qurultayda Mərkəzi Komitə üzvlüyünə namizədlərin siyahısını oxumaq ona həvalə edilib. Kirilenko siyahıda hətta çox sadə rus soyadlarını belə düzgün oxuya bilməyib və addan ada keçdikcə gülüs səsləri daha da çoxalıb. Rəyasət Heyətində əyləşənlər də özlərini gülməkdən saxlaya bilməyiblər.



Kirilenkonun gülüş "səhnə”si təkcə bu olayla yekunlaşmayıb. Ən maraqlı məqam o olub ki,  sağlamlığında, psixoloji durumunda yetərincə problemlər olan Siyasi Büro üzvü baş katib vəzifəsinə iddiasını da gizlətməyib...

Andrey Kirilenko ilə Leonid İliç Brejnev gənclik illərindən bir-birlərini tanıyıblar. Sonralar aralarında sıx dostluq münasibətləri yaranıb. Hər ikisi sovet-alman müharibəsi illərində 18-ci orduda xidmət ediblər.
 
Kirilenko Yaroslavlda Aviasiya Texnologiyaları İnstitutunu bitirdikdən sonra öz ixtisası üzrə cəmi bir neçə il işləyib. O, sonrakı fəaliyyətini komsomol və partiya orqanlarına bağlayıb. Bir müddət Brejnevin birinci katib olduğu Zaporojye və Dnepropetrovsk vilayətlərində gələcəyin baş katibinin tabeliyində işləyib.
 
Brejnevlə dostluq münasibətləri Kirilenkonun gələcək siyasi karyerasında böyük rol oynayıb. Brejnev baş katib seçildikdən iki il sonra, 1966-cı ildə Kirilenkoya yüksək vəzifə verib. O, Mərkəzi Komitnənin sənaye, tikinti, nəqliyyat və rabitə məsələləri üzrə katibi olub. Sonralar bu sahələrə müdafiə sənayesi də əlavə olunub.


Baş katibin sayəsində böyük səlahiyyət, güzəşt və imtiyazlara sahib olan Kirilenko Kremldə ciddi fiqurlardan biri sayılıb. Bir çox hallarda yüksək ranqlı Kreml məmurları onunla hesablaşmaq məcburiyyətində qalıblar.

Nazir, komitə sədri, diyar və vilayət partiya komitələrinin birinci katiblərinin kollektivə təqdim etmək əksər hallarda Kirilenkoya həvalə olunub. 1967-ci ildə Yuri Andropov Dövlət Təhlükəsizliyi Komitəsinə sədr, Boris Yeltsin Sverdlov vilayət Partiya Komitəsinə birinci katib təyin ediləndə də gələcəyin bu məşhur siyasitçilərini kollektivlərə məhz Kirilenko təqdim edib.

1970-ci illərdə Mərkəzi Komitənin katibi olaraq partiya xətti ilə müdafiə sənayesinə nəzarət edən Kirilenko büdcə bölgüsündə bu sahəyə ayrılan vəsaitin məbləğini şəxsən müəyyənləşdirib. Onun söylədiyi rəqəm müzakirəsiz qəbul edilib. Bu məsələdə o, qeyri-rəsmi olaraq SSRİ Nazirlər Sovetinin sədrindən də səlahiyyətli olub. Sözsüz ki, onun bu səviyyədə ötkəm olması Brejnevlə yaxın münasibətlərdən irəli gəlib.



Müasirləri, onunla birlikdə işləyənlərin demək olar ki, hamısı Andrey Kirilenkonu mənfi insan kimi xarakterizə ediblər, onu son dərəcə yaltaq, heç bir təşəbbüskarlığı olmayan, hətta öz səlahiyyətləri daxilində olan hansısa bir sənədə imza atanda belə

Brejnevdən icazə alan, Kreml məmurları arasında intriqa yaradan, konfliktləri sevən bir şəxs olduğunu bildiriblər. Amma bütün bunlara baxmayaraq Kirilenkonun ünvanına söz deməyə çoxlarının cürəti çatmayıb. Birinci ilə dostluq ona "toxunulmazlıq” statusu verib.

Sonralar bir sıra dövlət məmurları, o cümlədən uzun illər SSRİ-nin xariçi işlər naziri olmuş Andrey Qromıko da Kirilenkonun siyasi fəaliyyətində bir məqama müsbət qiymət veriblər. 1978-ci ildə Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçovun Mərkəzi Komitəyə katib gətirilməsi məsələsi Siyasi Büroda müzakirə olunanda Andrey Kirilenko bu təyinata kəskin etirazını bildirib. O, həmin il Stavropolda olarkən Qobaçovun fəaliyyəti ilə yaxından tanış olduğunu söyləyərək, onun Moskvaya gətirilməsini məqsədəuyğun saymayıb. Amma bu dəfə Brejnev dostu Kirilenkoya yox, Qorbaçovu dəstəkləyən Andropova qulaq asıb. Qorbaçovun Mərkəzi Komitəyə təyinatı reallaşıb.

1970-ci illərin sonlarında Brejnevin səhhətində problemlər çoxaldıqca Kirilenko özünün birinci şəxsin yerində görüb. Amma hadisələr tam əksinə cərəyan edib. Brejnev dostundan qurtulmaq üçün yollar axtarıb.


 
1980-ci ildə keçirdiyi infarktdan sonra Kirilenkonun sağlıq durumu kəskin şəkildə dəyişib. Beyin fəaliyyətində, nitqində, yaddaşında nəzərəçarpacaq dərəcədə problemlər yaranıb. O, bəzən saatlara kabinetində əyləşib hərəkətsiz vəziyyətdə gözlərini iş masasının üstündəki ağ kağıza zilləyib. Bəzən hər gün gördüyü adamları tanımayıb. Katiblikdən ona ünvanlanan məktublara, arayışlara və digər sənədlərə sutkalarla dərkənar qoyulmayıb.
 
1981-ci ildə Kirilenkonun vəziyyəti daha da ağırlaşıb və rəhbərlik etdiyi sahələrin işi iflic vəziyyətə düşüb. Brejnev dostunu bu vəziyyətdə vəzifədən uzaqlaşdırmağa çətinlik çəkib. Amma onun vəzifədə qalması da mümkünsüz sayılıb. Suslov bir neçə dəfə onunla danışmağa cəhd edib. Bu cəhdlərin heç birinin nəticəsi olmayıb. Nəhayət, Brejnev 1982-ci ilin ortalarında bu məsələni Andropova həvalə edib.

Andropov Kirilenko ilə qısa və konkret danışıb. Bildirib ki, o, öz ərizəsi ilə vəzifədən getməlidir. Belə olan təqdirdə onun bütün güzəştlərinin, xidməti avtomobil, bağ evi, Kreml xəstəxanasında müalicə, ərzaq təminatının saxlanılacağını vəd edib. 10-15 dəqiqə çəkən söhbət Kirilenkonun hönkürərək ağlamasına səbəb olub və o, Andropovdan xahiş edib ki, onun əvəzinə ərizə yazsın. Elə həmin qısa görüşdə Andropov işdən azad olunmaq haqqında qısa ərizə yazıb və köçürmək üçün Kirilenkoya verib. Nəhayət, bir neçə saatdan sonra Kirilenko bir neçə cümləlik ərizəni köçürə bilib.



Beləliklə, Andrey Kirilenkonun Mərkəzi Komitədəki 16 illik fəaliyyətinə son qoyulub. Amma onu Mrkəzi Komitədən yola salmaq Brejnevə qismət olmayıb. Kirilenkonun sənədlərinin hazırlanması bir müddət çəkib və həmin müddətdə Brejnev vəfat edib. Andropov artıq heç nəyi ayrıd edə bilməyən Kirilenkonu Kreml həyətindən özü yola salıb.
 
Vəzifəsindən azad olunduqdan sonra Andrey Kirilenko hər səhər əvvəllər olduğu kimi kostyumunu geyinib, işə getməyə hazırlaşıb. Bu hər gün təkrar olunub. Ağır xəstəliklərə düçür olmasına baxmayaraq o, Brejnevi, Andropovu, Çernenkonu o dünyaya özündən əvvəl yola salıb.

Andrey Kirilenko 1990-cı ildə, 83 yaşında vəfat edib.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar