Xəbər lenti
Türkiyə və Rusiya gizli Suriya anlaşması içində
Ankara yenidən əvvəlki vasitəçi statusuna qayıdır; ABŞ prosesdən kənarda saxlanılır?
Ötən həftə Suriya müxalifəti təmsilçilərinin Türkiyənin vasitəçiliyi ilə Ankarada Rusiya diplomatları ilə danışıqlar aparması haqda xəbər yayıldı. Britaniyanın “Financial Times” qəzeti ilk olaraq bu məlumatı suriyalı üsyançı qruplardan birinin təmsilçisinə istinadən yayımladı.
Bunun ardınca məlumatı Türkiyə və Rusiya diplomatları da təsdiqlədi. Dekabrın 1-də Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyə səfəri zamanı müxalifətlə danışıqlar aparmasını təsdiqləyib. Lavrov deyib ki, Rusiya həm ölkə xaricində olan müxaliflər, həm də Suriyadakı müxalifət təmsilçiləri ilə danışıqlar aparır. Bütün müxalif qüvvələrlə danışıqlar aparmaqda hansısa maneənin olmadığını deyən Lavrov Türkiyənin də vasitəçilik etdiyi danışıqların davam etdiyini qeyd edib.
Çavuşoğlu isə deyib ki, danışıqlar təklifini hələ avqust ayında Rusiya tərəfinə verib. Onun sözlərinə görə, Suriyada davamlı sülhün yaranması üçün bütün tərəflərin iştirak etdiyi iştirak etdiyi bir anlaşma olmalıdır. Maraqlıdır ki, həmin gün Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya müxalifətinin əsas koalisiyalarından biri olan Ali Müzakirə Heyətinin koordinatoru Riyad Hicabı qəbul edib.
Bu hadisələrin üst-üstə düşməsi maraq doğurub. Məsələ ondadır ki, Türkiyənin Suriya mövzusunda Rusiya ilə danışıqlar aparması haqda daha əvvəl də yazılıb. Ancaq indi məlum olur ki, Hələb mövzusunda, deməli həm də münaqişə ilə bağlı müxaliflərlə Rusiya arasında danışıqlar var. Doğrudur, müxaliflər də etiraf edib ki, ruslarla danışıqlar heç də “rəvan getmir”, ancaq buna baxmayaraq müzakirələr davam edir. Yəni hər iki tərəf danışıqlarda maraqlıdır. Və proses davam edir.
Bu danışıqların maraqlı detalı ondan ibarətdir ki, həm Ankara, həm Moskva, həm də müxaliflər müzakirələrdə Vaşinqtonun məlumatının olmasına ehtiyac duymayıblar. Suriya müxalifətinin təmsilçisi “əl-Cəzirə” telekanalına deyib ki, Ankarada ruslarla aparılan danışıqlar Vaşinqton nümayəndəsinin iştirakı olmadan qapalı aparılır, ABŞ-a heç bir bilgi verilməyib.
Məlum olduğu kimi, son bir ildə Suriya münaqişəsi ilə bağlı Türkiyə və ABŞ arasında dərin fikir ayrılığı yaranıb. Pentaqon Suriyanın şimalında kürdləri dəstəkləyir, kürdlər isə faktiki olaraq Türkiyə ilə düşməndirlər. Ankara üçün kürdlərin Suriyanın şimalında muxtariyyət yaratmasını Türkiyə ərazi bütövlüyü üçün təhdid hesab edir. Amma buna baxmayaraq Vaşinqton kürdlərlə əməkdaşlığı davam etrdirir.
İndi isə Türkiyənin vasitəçiliyi ilə ölkə ərazisində Suriya mövzusunda gizli danışıqlar aparılır. İlk növbədə bu, o deməkdir ki, Türkiyə müxalifləri danışıqlara inandırıb və hansısa şəkildə danışıqlara və ortaq bir mövqe üzərində dayanmağa razılaşıblar. Bununla da Türkiyənin də iştirak etdiyi yeni bir danışıqlar formatı ortaya çıxıb.
Bu formatda uzun müddətdir danışıqlar gedir və nədənsə indi tərəflər bu formatda danışıqları açıqlamağa qərar veriblər.
Belə görünür ki, Ankara artıq ənənəvi Qərb müttəfiqləri bir yerdə deyil, müstəqil şəkildə Suriya siyasəti yürüdür. Ankara həm Rusiyanın Suriyadakı gücünü neytrallaşdırmaq, həm də real olaraq Suriyada Ankaranın maraqlarına cavab verən bir anlaşmaya nail olmaq istəyir. Təbii ki, bu məsələdə Ankaranın Suriyanın şimalındakı kürdlərlə bağlı mövqeyi də nəzərə alınacaq.
Yeri gəlmişkən, buna qədər Ankaranın məhz ruslarla anlaşma içərisində Suriyanın şimalında hərbi əməliyyatlara başladığı haqda məlumatlar yayılıb. Türkiyə bir tərəfdən gücünü daha müstəqil şəkildə istifadə etmək, həm də hər iki tərəfin də uzlaşacağı bir formatı qurmağa çalışır. İndiki situasiyada Ankaranın bunun üçün imkanları yetərli görünür.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar